ABB ASC
Aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis/aparıcı /baş mütəxəssis
Son tarix 26 may 2022 - Müraciət et
Görəcəyiniz işlər:
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1100-1500-1800 manat - 29 VAKANSİYA
- Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsini, faiz dərəcəsi və likvidlik risklərinini idarə edilməsində iştirak etmək;
- Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək;
- Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;
- Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində iştirak etmək;
- APİK-ə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Minimum 1 il iş təcrübəsinə (Maliyyə və bazar risk sahəsi üzrə arzuolunandır);
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məlumat bazası üzrə inzibatçı
Son tarix 26 may 2022 - Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1100-1500-1800 manat - 29 VAKANSİYA
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Məlumat bazalarının işini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
- Yeni məlumat bazalarını qurmaq və sazlamaq;
- Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsini planlamaq və həyata keçirmək;
- Məlumat bazalarını monitorinq etmək, onların fasiləsiz işini təşkil etmək və arxivləşdirmək;
- Məlumat bazalarını köçürmək, ehtiyat mərkəzində qurulması işini planlamaq və təşkil etmək;
- Verilənlər bazasının fiziki quruluşunu və funksional imkanlarını,verilənlər bazası təhlükəsizliyini, məlumatların ehtiyat nüsxəsini və bərpa xüsusiyyətini müəyyənləşdirərək həll yollarını tövsiyə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Azərbaycan, İngilis və Rus dili biliklərinə;
- Oracle, PostgreSQL, MongoDB məlumat bazaları üzrə iş təcrübəsinə;
- RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklərə;
- Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklərə;
- Linux əməliyyat sistemi üzrə biliklərə;
- Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Şəbəkə üzrə inzibatçı
Son tarix 26 may 2022 - Müraciət et
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1100-1500-1800 manat - 29 VAKANSİYA
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Şəbəkə avadanlıqlarını sazlamaq və idarə etmək;
- IP telefoniya sistemlərini (Contact Centre, Cisco Jabber), korporativ çatı idarə etmək və dəstəkləmək;
- Cisco IP telefoniya ilə əlaqəli serverləri idarə etmək və dəstəkləmək;
- Cisco UC sistemlərinin virtuallaşdırılması ilə bağlı infrastrukturu idarə etmək və dəstəkləmək;
- Şəbəkə avadanlıqlarını fiziki quraşdırmaq, dəyişdirmək və qoşmaq;
- Kabellər, şəbəkə yuvaları və s. ilə bağlı fiziki işləri yerinə yetirməkdir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Istiqamət üzrə minimum iki il iş təcrübəsinə;
- Konvergent İP şəbəkələri WLAN, WAN/MAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklərə və tətbiq bacarıqlarına;
- Qurulu Komutatorlar (Stackable Switches), Şassi Komutatorlar (Chassis Switches), Korporativ marşrutlayıcılılar (Enterprise routers), Kiçik məsafəli marşrutlayıcılar (Small remote routers) kimi şəbəkə avadanlıqları haqqında əsaslı texniki bilik və tətbiq bacarıqlarına;
- BGP, TCP/IP, DHCP, EiGRP, OSPF kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklərə və onların tətbiqi bacarıqlarına;
- MPLS, VPNs, ISDN, SD WAN,VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklərə və onların tətbiqi bacarıqlarına;
- Zəng Mərkəzi (Call Center Voice Applications (for ex: UCCX)), Səs Tətbiqləri eləcə də İnteraktiv Səsli Cavab (skriptlərinin (IVR scripting) yazılımı daxil olmaqla) sahəsində peşəkar biliklərə və təcrübəyə;
- Cisco CUCM; UCCX; CUP; Voice Gateways including: 43XX,44XX SIP/E1, PSTN telco lines üzrə bilik və təcrübəyə;
- Şəbəkə Topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübəyə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
UNİX / LİNUX sistemləri üzrə aparıcı inzibatçı
Son tarix 26 may 2022 - Müraciət et
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1100-1500-1800 manat - 29 VAKANSİYA
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- İT sistemlərini və xidmətlərini pro-aktiv monitorinq etmək;
- UNİX/LİNUX sistemlərini idarə etmək;
- İT xidmətlərində problem yarandığı hallarda dəstək göstərmək;
- Birdən çox server və iş stansiyasını quraşdıraraq, konfiqurasiya edərək və qoruyaraq digər sistemlərlə düzgün inteqrasiya olunmasını təmin etmək;
- Məlumat bütövlüyünü təmin etmək üçün məlumat fayllarını qorumaq və sistem konfiqurasiyasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- UNIX/Linux sistemlərin quraşdırılması və administrasiyası haqqında yüksək peşəkar biliklərə və təcrübəyə;
- Çoxşaxəli domen mühitində “shell scripting”-də daxil olmaqla AIX/Linux/Unix üzrə bilik və tətbiq bacarığına;
- Virtuallaşdırma texnologiyaları ilə iş təcrübəsinə;
- Yüksək Əlçatanlılıq (High Availability (HA)) və Ehtiyat Bərpa (Disaster Recovery (DR)) haqqında bilik və onların tətbiqi sahəsində təcrübəyə;
- SAN Storage Configuration və Administration haqqında biliklərə;
- Sistem və tətbiq problemlərinin aradan qaldırılması üzrə təcrübəyə;
- Azərbaycan dili,Rus dili, ingilis dili biliklərinə;
- Güclü məntiqə;
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Tətbiq proqram təminatları üzrə aparıcı / baş mütəxəssis
Son tarix 26 may 2022 - Müraciət et
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- İBM sistemlərinə aid olan proqram təminatlarını (İBUS/İBM BPM və s.) dəstəkləmək;
- Tətbiq serverlərini idarə etmək;
- Yeni proqram təminatlarını tətbiq etmək və dəstəkləmək;
- S.W.I.F.T. sistemini dəstəkləməkdir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Proqram təminatlarının tətbiqi üçün funksional testlərinin edilməsi, avtomatlaşdırılması və dəstəklənməsi üzrə peşəkar iş təcrübəsinə;
- Windows Əməliyyat Sistemləri: Windows Server Desktop Əməliyyat Sistemləri (Server 2016-2019) ilə bağlı peşəkar iş təcrübəsinə;
- IBM Business Automation Workflow V20, WebSphere Application Server V8.5.5 Administration, İBM İntergration Bus v10.0, UNIX / Linux Administration, Application Servers, Powershell Scripting, Monitoring tools, Backup / Restore tools, sistemləri ilə bağlı iş təcrübəsinə;
- Minimum 3 il iş təcrübəsinə;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə