FED.az xəbər verir ki, Bank Respublika ASC Bakı və Sumqayıt şəhərləri, həmçinin aşağıda qeyd olunan region filialları üzrə “Satış təmsilçisi” vəzifəsi üzrə vakansiyalar elan edir:
Eləcə də bax:"PAŞA Bank" işçi axtarır - VAKANSİYA
- Şirvan/Sabirabad;
- Cəlilabad/Masallı/Lənkəran;
- Xaçmaz/Quba;
- Mingəçevir/Gəncə/Tovuz;
- Zaqatala/Qax;
- Bərdə/Yevlax.
Ümumi vəzifə öhdəlikləri:
• Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
• Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
• Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi;
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: Kredit və ya əməliyyat sahəsi üzrə 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Yüksək ünsiyyət bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.