FED.az xəbər verir ki, "Bank of Baku" Problemli Kreditlər üzrə ekspert (Bakı və regionlar üçün) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
Seçim meyarları
- Ali təhsil
- Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
- Səlis nitq qabiliyyəti
- İnandırma qabiliyyəti və məqsədyönlülük
- Azərbaycan dili biliyi - əla;
- MS Office proqramlarında işləmək bacarığı
İş şərtləri:
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət etmək istəyən namizədlər
CV-ləri subject bölməsində Problemli Kreditlər üzrə ekspert (Bakı və ya regionlar üçün) qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.