Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1500-1800 manat - 22 VAKANSİYA
"Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
-
Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
-
Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
-
Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
-
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
-
MS Office(Əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Bankda minimum 3-5 il iş təcrübəsi olan;
-
Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
-
Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
Rəqəmsal bankçılıq üzrə aparıcı/baş mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Rəqəmsal bankçılığın inkişafı üzrə strategiyanin icrasinda müvafiq departamentlərə dəstək vermək;
-
Müəyyən strateji təşəbbüslərin icrası zamanı zərurət yarandığı təqdirdə məsləhətçilərin cəlb edilməsi və təşəbbüslərin həyata keçirilməsi üçün departamentlərə dəstək olmaq;
-
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
-
Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə (İT və İqtisadi sahədə təhsil üstünlükdür);
-
Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsinə;
-
Yaxşı səviyyədə MS Office proqramları biliyinə;
-
Xarici dil biliklərinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
-
Problem həll etmə bacarığına;
-
Təqdimat və ünsiyyət bacarığına;
-
Komandada işləmə bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
MHBS hesabatlıq şöbəsinə Mütəxəssis / Aparıcı / Baş mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
-
Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
-
Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
-
Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
-
ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
-
Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
-
Excel proqramları üzrə biliklərə sahib;
-
Analitik təhlil bacarığı olan;
-
Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
-
Komandada iş bacarıqlarına sahib olan.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
-
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
-
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
-
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
-
Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
-
CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
-
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
-
MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
-
Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
-
Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
-
Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
-
Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.
Bizim üçün uyğun namizəd:
-
Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
-
Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə;
-
Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
-
Minimum 1 il iş təcrübəsinə;
-
Konfidensial məlumatlar və stress altında işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
-
Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
-
Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
-
Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
-
Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
-
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
-
MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Bankda minimum 1-3 il iş təcrübəsi olan;
-
Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
-
Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün - https://careers.abb-bank.az/
Maliyyə hesabatlığı və təhlil şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 23 fev 2022
Görəcəyiniz işlər:
-
Qlik Sense proqram təminatında yeni hesabatların yaradılması;
-
Rəhbərliyin və aiddiyyatı sturkturların tələblərinə əsasən (gündəlik / aylıq / rüblük / illik) hesabatların hazırlanması;
-
Hesabat və analitik məqsədlər üçün Bankın bütün bölmələri tərəfindən tələb olunan məlumatları təqdim etmək bacarığı;
-
Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlər görmək;
-
Qlik Sense proqram təminatında məlumatların vizuallaşdırılması və avtomatlaşdırılması;
-
Bank üzrə hesabatların Qlik Sense proqram təminatında mərkəzləşdirilməsi.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsil (İnformasiya Texnologiyaları və ya Maliyyə istiqaməti üzrə);
-
Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 1 il iş təcrübəsinə sahib;
-
BI Tools (Qlik Sense, Tableau, Power BI, Tibco Spotfire), SQL, MS Office proqramlarında işləmə təcrübəsi;
-
İnduktiv və analitik təhlil bacarığına sahib;
-
Yaradıcılıq və innovasiya bacarığına sahib;
-
Problemləri həll etmə bacarığına sahib olan şəxsdir.