Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Biznes analitika üzrə baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Texniki tapşırıq üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
• Agile komanda ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin texniki araşdırılması.
• Buraxılacaq Rəqəmsal məhsulun strategi yol xərtəsinin çəkilməsi və görüləcək işlər üzrə user story-lərin hazırlanması,
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli;
• Sahə üzrə minimum 2 il təcrübəyə sahib;
• Bank məhsulları haqqında biliklərə sahib;
• CRM-sistemləri (Arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
• Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
• (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
• (Arzu olunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahibdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitika üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb-bank.az
Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və Əməliyyatlar departamentinə texniki dəstək üzrə mütəxəssis /aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Kompüter və printer avadanlıqlarının sazlanması və quraşdırılması;
• Proqram təminatların quraşdırılması və sazlanması;
• Bank sistemlərində yaranan problemlərin həll edilməsi;
• İT layihələr çərçivəsində işlərin yerinə yetirilməsi;
• Hesabatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
• Ali texniki təhsilli;
• Müştəriyönümlü və ünsiyyətcil;
• Windows sistemləri və Ofis proqramları ilə işləməyi bacaran;
• Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahibdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Texniki dəstək üzrə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb-bank.az
ABB Təhlükəsizlik departamentinin Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
- Yanğın mühafizə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
- ATM və İnkasator avtomobillərinin video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
Bizim üçün uyğun namizəd:
- Ali və ya orta ixtisas təhsilli;
- Təhlükəsizlik sistemlərin quraşdırılması sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
- Detallara diqqət yetirmə bacarığına sahib olan;
- Məsuliyyətli və intizamlı.
Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis")
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.abb-bank.az
Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal biznes departamentinə Məhsul Sahibi (Product Owner) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Peşəkar kollektivdə çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat;
Görəcəyiniz işlər:
• Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
• İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
• İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
• Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
• Yeni təkliflər hazırlamaq;
• Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək;
• Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
• Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
• Qəbul testlərini tərtib etmək;
• Tələbləri açıq şəkildə komandaya izah etmək;
• Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
• Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
• Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
• Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
• Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;
• İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək ;
Bizim üçün ideal namizəd:
Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:
• Bank işi və digər müvafiq layihə işi üzrə minimum 2 il təcrübə və ya bank işi barədə dərin bilik;
• Tələblərin toplanması, informatika, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
• Proqram təminatının hazırlanması prosesi barədə biliklər;
• “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
• Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
• Komandada və fərdi şəkildə işləmək bacarığı;
• Güclü təhlil və riyazi bacarıqlar;
• Strateji və taktiki düşüncə qabiliyyəti;
• İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti;
• Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məhsul Sahibi ” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.abb-bank.az
ABB Pərakəndə bankçılıq departamentinə Kampaniyaların İdarə olunması üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Pərakəndə bankçılıq sahəsində bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək, yeniləmək;
• Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
• Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, o cümlədən mövcud məhsul və xidmətlərin xüsusiyyətlərinə və şərtlərinə uyğun kampaniyaların hazırlanması;
• Məhsul və xidmətlərin satışını, istifadəsini təmin etmək və bu istiqamətdə layihə planlarının, biznes tələblərin və təqdimatların hazırlanması;
• Yeni kampaniyaların hazırlanması, birgə layihələr üzrə tərədaşlarla ( İT, Marketinq və digərləri) daimi qarşılıqlı əlaqələrin saxlanılması;
• Hədəf müştəri qruplarının, müxtəlif anket sorğularının, intervyuların çoxsaylı və keyfiyyətli təhlili əsasında bazarda tələbin müəyyən edilməsi;
• Müştəri rəylərinin ( müsbət/mənfi ) toplanması, analizi və alınmış nəticələrin kampaniyanın yaradılması prosesində istifadə olunması;
• Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili, kampaniyalar üzrə öncədən gəlirlilik hesabatı hazırlanması, satış proqnozları və kampaniyanın nəticələri barədə hesabatlıq hazırlanması, satış kanallarının nəticələrinin ölçülməsi;
• Məhsul və xidmətlər üzrə kampaniya və komunikasiya planının hazırlanması;
• Bank məhsullarının satışının artırılması strategiyalarını hazırlanmasına dəstək vermək və yeni satış kanallarını müəyyənləşdirmək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Marketinq üzrə );
• Məlumatlarla işləmək təcrübəsi, təhlil və nəticə çıxarmaq bacarığı, həmçinin məlumatların vizualizasiyası bacarığı olan;
• Kreativlik və unikal ideyaların formalaşdırılması istiqamətində bacarıqlı olanlar,
• Təqdimatların hazırlanması üzrə yükəsk bacarıqları olan;
• Analitik düşünmə və təhlil qabiliyyəti olan;
• Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən;
• Hesabatlar və təqdimatların hazırlanması üzrə müxtəlif proqram təminatlarında biliklərə sahib olan;
• Bank sahəsi üzrə təcrübə, bank biznes-prosesləri, kredit və qeydri-kredit məhsullar üzrə biliklərə sahib olan;
• “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kampaniyaların İdarə olunması üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.