ABB ASC
Rəqəmsal marketinq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssis
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Rəqəmsal kanallar vasitəsilə (Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarını potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
- Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini təmin etmək;
- Bankın rəqəmsal platformada aktivliyinin təmin etmək;
- Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;
- Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
- Sosial media agentlikləri ilə iş prosesinin koordinasiyası;
- Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətini təmin etmək;
- Rəqəmsal marketinq üzrə tərəfdaşlarla danışıqların aparılması, tender və ödəniş sənədlərinin hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
- Azərbaycan, ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
- Rəqəmsal marketinq üzrə minimum 1 il iş təcrübəsinə;
- Ofis proqramlarında sərbəst iş bacarığına;
- Ünsiyyət və təqdimat bacarıqlarına;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
- CMS-lərlə işləmə bacarığına malik olan şəxsdir;
- DMI və ya bənzər sertifikatlara malik olması üstünlükdür.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Biznes kreditlərinin anderraytinqi şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Korporativ və KOS kreditləri üzrə biznes sifarişlərin risk nöqteyi-nəzərdən təhlili və rəy verilməsi Müxtəlif kredit məhsul növlərinə rəyləri hazırlamaq;
- Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlil etmək;
- Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll etmək.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə, ACCA, CFA /FRM üzrə nəaliyyətlər üstünlükdür ;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Rəqəmsal marketinq şöbəsinin dizayneri/aparıcı dizayneri/baş dizayneri
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Bankın məhsul və xidmətlərinin təşviqi və dizaynı, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam-məlumat xarakterli materialların Bankın Brendbukuna uyğun dizaynını hazırlamaq;
- 3D maketlərin planlaşdırılması və hazırlanması (sərgi stendləri, bankomatlar, iş sahəsinin interyer dizaynı və s.);
- Video çarxların hazırlanması;
- Bankdaxili bütün kommunikasiya vasitələrinin (buklet, broşür, liflet, flayer və s.) dizaynının hazırlanması,
- Materialların çapa hazırlığını təmin etmək;
- Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
- Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştiraketmək;
- Bankın məhsul və xidmətlərinin təşviqi üçün tammiqyaslı marketinq kampaniyalarının təşkilində iştrak etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Bank sahəsində 1-3 il iş təcrübəsi olan;
- Adobe Creative Cloud (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After EffectsAdobe Premiere Pro, Adobe Audition, Midjourney, Blender, Autodesk 3Ds max) biliyi olan;
- İngilis dili biliyi yüksək, rus dili orta olan;
- Analitik düşüncə tərzi olan, problem həll etmək bacarığı, komandada işləmək, təqdimat bacarığı , stressə davamlı və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Biznes kreditlərinin təhlili şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətələndirilməsi, rəyin formalaşdırılması Sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi;
- Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət;
- Kredit gecikmələrinin ilkin təqibi və gecikmə səbəblərinin təhlili;
- Kiçik və Orta Sahibkarlıq subyektlərini üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
- Filial əməkdaşları ilə kommunikasiyanın qurulması.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilli ;
- Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı bilikləri olan;
- Sahə üzrə 1-3 il iş təcrübəsi olani;
- Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti olan şəxsdir;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məlumatların və proqramların təhlükəsizliyi arxitekturası üzrə mütəxəssisi / aparıcı mütəxəssisi
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərini idarə etmək;
- Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazası fəaliyyətinə nəzarət və təhlil etmək;
- Kollektorların ve İBM Guardium agentlərinin, təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyası üçün dəstək təmin etmək;
- Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq etmək;
- Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərini yaratmaq və qorumaq;
- Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün Guardium hesabatlarını və xəbərdarlıqlarını hazırlamaq və icra etmək;
- IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimat və təlim təqdim etmək;
- Məlumat təhlükəsizliyi və uyğunluqları ilə bağlı sənaye meylləri və ən yaxşı təcrübələrdən xəbərdar olmaqdır.
Bizim üçün uyğun namizəd:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi olan;
- Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayışı olan;
- Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazası texnologiyaları ilə təcrübəsi;
- GDPR və NIST kimi uyğunluq standartlardan anlayışı olan;
- Guardium administrasiyasının tapşırıqlarını dəstəkləmək üçün skriptlər və proqramlar hazırlamaq bacarığı;
- Texniki problemləri həll etmə bacarıqları olan;
- Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqlarına malik şəxsdir.
Büdcə şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
Son tarix 04 noy 2023 Müraciət et
Görəcəyiniz işlər:
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrə dəstək olmaq;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək;
- İllik icmal büdcənin hazırlanmasında iştirak etmək;
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
- Məhsulun maya dəyərinin hesablanması ilə bağlı hesablamaları aparmaq;
- Struktur bölmələr tərəfindən göndərilən sorğuları cavablandırılmaq və dəstək göstərmək;
- KPİ hədəflərinin təyini və hesablanmasına nəzarət etmək;
- Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil etmək və bu barədə rəhbərliyə məlumat təqdim etməkdir.
Bizim üçün uyğun namizəd:
- Ali Maliyyə və İqtisadi sahədə təhsilə (ACCA və CFA sertifikasiyası və Xaricdə təhsil üstünlükdür);
- MS office proqramları üzrə biliklərə (SQL bilikləri arzuolunandır);
- Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
- Analitik təhlil bacarığına;
- Problemləri həll etmə bacarığına;
- İngilis dili üzrə İELTS (6.5) və ya oxşar sertifikatı olan;
- Komandada iş bacarıqlarına sahib olan şəxsdir.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.