Korporativ CRM şöbəsinin əməkdaşı
Son tarix 01 may 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Müştərilərə dair məlumatları CRM sistemində əks olunması istiqamətində işləri həyata keçirmək;
-
Satışların planlaşdırılmasında müştəri menecerlərinə aid portfellər üzrə zəruri dəstək göstərmək;
-
CRM sistemində yaranan uyğunsuzluqları inteqratorla araşdırmaq və aradan qaldırmaq;
-
CRM sistemində yeni imkanları araşdırmaq və onlar tətbiq etmək;
-
Mütəmadi olaraq bacarıq və təcrübənin inkişaf yollarını axtarmaq.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə;
-
Yüksək səviyyədə SQL biliklərinə(Java/Pyhton proqramlaşdırma dili üzrə biliklərin olması aruzolunandır);
-
Yaxşı səviyyədə MS Office proqramları biliklərinə;
-
CRM platformasından istifadə edərək iş həllərinin təmini üzrə təcrübəyə;
-
Analitik düşünmə və təhlil qabiliyyətinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 01 may 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
-
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
-
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
-
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
-
Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
-
CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
-
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
-
MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
-
Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Mühafizəçi
Son tarix 01 may 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
-
Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
-
Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
-
Yanğın mühafizə sistemlərinə nəzarət;
-
Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
-
Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd:
-
Ali və ya orta ixtisas təhsilli;
-
Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
-
Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
-
Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
-
Həqiqi hərbi xidməti başa vurmuş;
-
Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
-
Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
-
Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 01 may 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
-
Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
-
Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
-
Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
-
Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
-
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
-
MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Bankda minimum 1-3 il iş təcrübəsi olan;
-
Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
-
Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı /baş mütəxəssis
Son tarix 01 may 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
-
Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
-
Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
-
İnduktiv və Analtik Təhlil etməyi bacaran;
-
MS Office(Əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
-
Bankda minimum 3-5 il iş təcrübəsi olan;