Mazarina Trade Company
İnsan resursları üzrə direktor
Son tarix 06 may 2024 - [email protected]
Tələblər:
- Əvvəlki iş yerlərində minimum 500-700 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
- Ali təhsil;
- Müvafiq vəzifədə minimum 5 il iş təcrübəsi olmalıdır;
- Yaş həddi: 30-45;
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
- Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
- Məsuliyyətli və diqqətli olmalıdır;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
- Azərbaycan dili , Rus dili və İngilis dili üstünlükdür
Vəzifə öhdəlikləri:
- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
- İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
- Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
- İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.
İş şəraiti:
- Maaş : 2500-3000 AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
- 3 aydan sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə direktor”qeyd edərək göndərə bilərsiniz
Ünvan: Ələsgər Qayıbov 12/22 ,Azera holding