İnversal MMC
Baş mühasib (Tikinti, İdxal və Ticarət Sektoru)
Son tarix 22 avq 2026 - [email protected]
Tikinti-quraşdırma (podrat/subpodrat), tikinti materiallarının satışı və idxal əməliyyatları ilə məşğul olan şirkətlər qrupumuza mühasibatlıq uçotunu tam sərbəst şəkildə idarə edəcək, vergi risklərini sıfırlayacaq və rəhbərlik üçün daxili idarəetmə hesabatlarını hazırlayacaq təcrübəli Baş Mühasib tələb olunur.
Vəzifə Öhdəlikləri:
Vergi və Rəsmi Uçotun İdarə Edilməsi:
- Müəssisənin mühasibat və vergi uçotunun AR Vergi Məcəlləsinə və MHBS-ə uyğun olaraq tam sərbəst və sıfırdan idarə olunması;
- Bütün növlər üzrə vergi bəyannamələrinin (Mənfəət, ƏDV, ÖMV, Vahid Bəyannamə/DSMF, Sadələşdirilmiş) tərtib edilməsi və vergi portalı (e-taxes.gov.az) vasitəsilə vaxtında göndərilməsi;
- Dövlət Vergi Xidmətindən gələn kameral bildirişlərin (AVİS) və uyğunsuzluq məktublarının təhlili, çarpaz tutlaşdırmaların aparılması, əsaslandırılmış cavab yazışmalarının edilməsi və dəqiqləşdirilmiş bəyannamələrin verilməsi;
- Dövlət Statistika Komitəsinə tələb olunan dövrü hesabatların (4-əmək və s.) təqdim edilməsi.
İdarəetmə Hesabatlığı və Maliyyə Təhlili (Rəhbərlik üçün):
- Rəhbərlik üçün daxili idarəetmə hesabatlarının — Mənfəət və Zərər Hesabatı (P&L), Maliyyə Vəziyyəti Haqqında Hesabat (Balans / BS) və Pul Vəsaitlərinin Hərəkəti Hesabatı (Cash Flow) dəqiq tərtib edilməsi və təqdim olunması;
- Debitor və kreditor borclarının (uzlaşma aktlarının) gündəlik nəzarətdə saxlanılması və təhlili.
Tikinti, Anbar və İdxal Uçotu:
- Tikinti uçotu: Görülmüş işlər aktı (Forma-2) və smeta normativləri əsasında material sərfi hesabatlarının (M-29) tərtib edilməsi və maya dəyərinə/xərcə silinməsi;
- İdxal (YGB) əməliyyatları: Gömrük bəyannamələri, daşıma və gömrük rüsumları nəzərə alınmaqla malların maya dəyərinin dəqiq kalkulyasiyası və anbara daxil edilməsi;
- Anbar uçotu: Mal-materialların anbardakı fiziki qalığı ilə mühasibatlıq (1C) göstəricilərinin çarpaz tutlaşdırılması, anbar inventarizasiyasının keçirilməsi və nəzarəti.
Əməliyyat və Kadr İşləri:
- E-qaimə fakturaların kəsilməsi, e-alış aktlarının tərtibi, onlayn kassa dövriyyəsinin və bank-klient (internet-banking) əməliyyatlarının idarə olunması;
- Kadr uçotunun aparılması: Əmək müqavilələrinin bildiriş portalında (e-gov) qeydiyyatı, əməkhaqqı, məzuniyyət, xəstəlik və ezamiyyə xərclərinin hesablanması.
Namizədə Dair Tələblər:
- Təhsil: Ali maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya audit təhsili;
- İş təcrübəsi: Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi (Tikinti, podrat, tikinti materiallarının satışı və ya idxal sahəsində təcrübənin olması absulut üstünlükdür);
- Qanunvericilik: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Sosial Sığorta haqqında qanunvericiliyi mükəmməl bilməli;
- Proqram bilikləri: 1C 8.3 (İstehsalat / Tikinti / Ticarət) proqramında tam sərbəst işləmək, BTP, AVİS, e-taxes.gov.az, e-gov və MS Excel (vlookup, pivot table) proqramlarını yüksək səviyyədə bilmək;
- Kameral məktublar, kənarlaşmalar və vergi risklərinin həlli üzrə praktiki təcrübə;
- Daxili idarəetmə hesabatlarını (P&L, Balans, Cash Flow) sərbəst yığmaq bacarığı.
İş Şəraiti və Təminat:
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 - 18:00;
- İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*İstikbal Mebel Outlet Bakıxanov"*un yanı);
- Nəqliyyat rahatlığı: "Koroğlu" metro stansiyasından cəmi 1.2 km məsafədə yerləşir.
- Əməkhaqqı: 1500 AZN (NET - ələ qalan). (Namizədin peşəkarlığına, kameral məsələləri həll etmə və daxili hesabatlılığı qurma bacarığına görə gələcəkdə artım imkanı mümkündür).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Baş Mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə ilkin əlaqə saxlanılacaq, anket sorğusu göndəriləcək və fərdi müsahibəyə dəvət olunacaqlar).
















