Azərbaycanın əsas qeyri-neft qaz hasilat şirkətlərindən olan «Azergold» ASC-nin rəhbərliyinin illik gəlirləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə şirkət rəhbərliyinin gəlirləri 2024-cü illə müqayisədə 30% və ya 1,2 milyon manat daha artıq olub.
Belə ki, 2024-cü ildə «Azergold» ASC-nin rəhbərliyinin maaşı 693 min dollar, illik bonusları isə 1 milyon 773 min dollar olmaqla, ümumi qazancı 2 466 ABŞ dolları olub. Başqa sözlə, şirkət rəhbərliyi 2024-cü ildə 4,2 milyon manat təmiz qazanc əldə edib. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 564 min dollar və ya 960 min manat yuxarıdakı məbləğə aid deyil.
2025-ci ildə isə «Azergold» ASC-nin rəhbərliyinin qazancı kəskin artaraq 3 milyon dolları keçib. Belə ki, ötən il «Azergold» rəhbərliyinin maaşı 773 min dollar, illik bonusları isə 2 milyon 437 min dollar olmaqla, ümumilikdə 3 milyon 210 min dollar təşkil edib. Bu 5 milyon 457 min manat deməkdir.
Başqa sözlə, 2025-ci ildə «Azergold» ASC-nin rəhbərliyinin qazancı 800 min dollar və ya 1,2 milyon manatdan çox artıb.
Xatırladaq ki, «Azergold» ASC-nin rəhbərliyi - əsas idarəedici heyəti İdarə Heyətinin Sədrindən, İdarə Heyətinin üzvləri - sədrin müavinlərindən və müşavirlərindən ibarətdir.
Ümumilikdə təkcə son 2 il ərzində «Azergold» ASC-nin rəhbərliyinin əmək haqqı və bonus şəklində ümumi qazancı 10 milyon manata yaxınlaşıb.














