Bakı Metropoliteni
İşarəvermə və Rabitə Xidmətinin Rabitə və ANM (Avtomatik nəzarət məntəqəsi) sahəsi üzrə elektrik montyoru
Son tarix 29 iyl 2026 - Müraciət et
“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İşarəvermə və Rabitə Xidmətinin Rabitə və ANM (Avtomatik nəzarət məntəqəsi) sahəsi üzrə elektrik montyoru axtarırıq.
Namizəd metropoliten infrastrukturunda rabitə sistemlərinin və ANM qurğularının fasiləsiz, təhlükəsiz işləməsini təmin etmək üçün texniki xidmət, montaj, ölçmə və təmir işlərini icra edəcəkdir.
Sizi hansı öhdəliklər gözləyir?
- Rabitə və ANM qurğularına müəyyən olunmuş texnoloji proses qrafiki üzrə mütəmadi texniki xidmət göstərmək;
- Telefon, dispetçer, radio və digər xüsusi rabitə avadanlıqlarının fasiləsiz işləməsinə nəzarət etmək;
- Qurğuların işində baş verən pozuntuların səbəbini araşdırıb tapmaq, nasazlıqları operativ aradan qaldırmaq və normal iş rejimini bərpa etmək;
- Rabitə və ANM qurğularının quraşdırılması, montajı, yoxlanması, tənzimlənməsi, təmiri və yeni texnikanın tətbiqi işlərində iştirak etmək;
- Rabitə xətlərində gərginlik, müqavimət və izolyasiya göstəricilərini müvafiq ölçü cihazları ilə ölçmək və nəticələrin normalara uyğunluğunu yoxlamaq;
- Sahənin elektrik mexanikinin, böyük elektrik mexanikinin və yuxarı rəhbərliyin göstərişlərini yerinə yetirmək, aşkar olunan nöqsanları aradan qaldırmaq;
- Cihazların və xətlərin vəziyyəti, eləcə də baş vermiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək və texniki jurnallarda müvafiq qeydlər aparmaq;
- Əmək və texnoloji intizama, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Namizədlərdən tələblərimiz
- Rabitə, telekommunikasiya, radiotexnika, elektrotexnika və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
- Rabitə və ANM avadanlıqlarının quruluşunu, iş prinsipini, qidalanma sxemlərini, montaj və prinsipial sxemlərini oxumaq bacarığı;
- Müvafiq əl alətləri və ölçü cihazlarından (voltmetr, ampermetr, meqometr və s.) istifadə etmək qaydaları üzrə biliklər;
- Texniki sənədləşmə və jurnalların aparılması qaydaları ilə tanışlıq;
- Komandada işləmək bacarığı, öyrənməyə həvəs, operativlik və yüksək məsuliyyət hissi;
- Növbəli iş qrafikində (o cümlədən gecə növbələrində tunel şəraitində) işləmək qabiliyyəti və fiziki dözümlülük;
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5508 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
İşarəvermə və Rabitə Xidmətinin İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama) sahəsi üzrə elektrik montyoru
Son tarix 22 avq 2026 Müraciət et
“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İşarəvermə və Rabitə Xidmətinin İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama) sahəsi üzrə elektrik montyoru axtarırıq.
Namizəd metropoliten xətlərində hərəkətin təhlükəsizliyini təmin edən işarəvermə, mərkəzləşdirmə və bloklama (İMB) avadanlıqlarının quraşdırılması, sazlanması, texniki baxışı və nasazlıqlarının operativ şəkildə aradan qaldırılması işlərini həyata keçirəcəkdir..
Sizi hansı öhdəliklər gözləyir?
- İMB qurğularına texnoloji proses qrafiki üzrə texniki xidmət göstərmək, müvafiq yoxlama və profilaktik işləri aparmaq;
- Yoldəyişdiricilərin, svetoforların, rels dövrələrinin və digər İMB qurğularının saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Qurğuların prinsipial və montaj sxemlərinə əsasən İMB qurğularının montajı, yoxlanması, tənzimlənməsi və təmiri işlərində iştirak etmək;
- Relelərin, kontaktların, kabellərin, işarə lampalarının, şlaqbaum və digər İMB avadanlıqlarının montaj işlərini yerinə yetirmək;
- Yeraltı və yerüstü kabel xətlərinin çəkilməsi və müvafiq terminallara qoşulması işlərini icra etmək;
- Elektrik dövrələrinin rele, işarə lampaları və digər elementlərinin sıradan çıxma səbəblərini tapmaq və aradan qaldırmaq;
- İMB qurğularında istifadə olunan cihazların parametrlərini və işə yararlılığını yoxlamaq;
- Voltmetr, ampermetr, meqometr və digər ölçü cihazları ilə lazımi ölçmələr aparmaq;
- İMB avadanlıqlarında elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq torpaqlama və izolyasiya yoxlamalarını həyata keçirmək;
- Sahənin elektrik mexaniki ilə koordinasiyalı işləmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
Namizədlərdən tələblərimiz
- Elektrotexnika, avtomatika, işarəvermə və rabitə və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
- Elektrik sxemlərini, prinsipial və montaj cizgilərini oxumaq bacarığı;
- Müvafiq əl alətləri, ölçü-sınaq cihazları (voltmetr, ampermetr, meqometr və s.) ilə işləmək vərdişləri;
- Elektrik təhlükəsizliyi qaydaları və texnoloji proses qrafikləri ilə işləmək bazası;
- Texniki jurnallarda qeydlərin aparılması bacarığı;
- Gecə növbələrində və yeraltı obyektlərdə (tunellərdə) işləmək qabiliyyəti, fiziki dözümlülük və yüksək məsuliyyət hissi;
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5507 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
















