22 İyul – Milli Mətbuat Günü münasibətilə "Atəşgah" Sığorta Şirkəti ASC media nümayəndələri ilə xüsusi görüş təşkil edib.
Tədbir iştirakçıların Azərbaycan Xalça Muzeyinə ekskursiyası ilə başlayıb. Muzeydə nümayiş olunan zəngin ekspozisiya ilə tanış olan qonaqlar Azərbaycanın milli-mədəni irsi və xalçaçılıq sənətinin tarixi haqqında ətraflı məlumat əldə ediblər.
Ekskursiyanın ardından şirkətin rəhbər heyəti ilə media nümayəndələri arasında səmimi görüş baş tutub.
Görüş zamanı media ilə şirkət arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr keçirilib.
"Atəşgah" Sığorta Şirkəti media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasını korporativ kommunikasiya siyasətinin əsas prioritetlərindən biri hesab edir. Şirkət bundan sonra da ictimaiyyətin operativ və dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi və şəffaf informasiya siyasətinin davam etdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.





















