Bu ilin birinci yarısında Azərbaycanda 11 min 932,8 ton kərə yağı, 17 min 748,6 ton marqarin istehsal edilib.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyul, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı istehsalı 10,1%, marqarin istehsalı 24,5% azalıb.
Bundan başqa, bu ilin ilk yarısında ölkədə 25 min 342 ton duru bitki yağı istehsal edilib ki, bu da, 2025-ci ilin birinci yarısına nəzərən 25,5% çoxdur.
Qeyd edək ki, cari ilin iyul ayının birinə ölkədə sənaye müəssisələrinin anbarlarında hazır kərə yağı ehtiyatı 14,5 ton, marqarin ehtiyatı 2 min 574,8 ton, duru bitki yağı ehtiyatı 2 min 602,3 ton təşkil edib.















