Bu ilin birinci yarısında Azərbaycanda 692 ədəd noutbuk, 287 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə noutbuk istehsalı 738 ədəd (2,1 dəfə), stolüstü kompüter istehsalı 1 508 ədəd (6,3 dəfə) azalıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkdə 1 430 ədəd noutbuk, 1 795 ədəd stolüstü kompüter istehsal edilmişdi.














