AB və İran arasındakı gərginlik yenidən neftin qiymətini artırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,
Dünya bazarında Azərbaycan neftinin qiyməti də artır.
İyulun 21-də London birjasında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 4,82 dollar və ya 5,13 % artaraq 98,73 dollara yüksəlib.
Ümumilikdə son 20 gün ərzində Azərbayxan neftinin qiyməti təqribən 30 dollar artıb.
Belə ki, iyulun 2-də ABŞ-İran danışıqlarının uğurla getdiyi vaxtda Azərbaycan nefti 71 dollara enmişdi, sonradan danışıqların pozulması və gərginliyin artması səbəbindən neft yenidən 99 dollara yüksəlib.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 65 dollara götürülüb. Başqa sözlə, hazırda neftin real qiyməti büdcədəki səviyyədən 50% artıqdır.














