Bu ilin iyun ayında Azərbaycanda 667,2 min dekalitr (dkl) pivə istehsal edilib.
Azərbaycan əhalisi içki və tütünə - AYDA 240 MİLYON XƏRCLƏYİR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, pivə istehsal ötən ilin iyun ayı ilə müqayisədə 43,7 min dekalitr və ya 6,1% azalıb.
Xatırladaq ki, ötən ilin iyun ayında ölkədə 710,9 min dekalitr pivə istehsal edilmişdi.
Bu ilin iyul ayının birinə sənaye müəssisələrinin anbarlarında pivə ehtiyatının miqdarı 238,8 min dekalitr olub. İyun ayının birinə bu həcm 337,3 min dekalitr idi. Yəni ötən ay ölkədə istehsal olunan 667,2 min dekalitr pivə ilə yanaşı anbarlardakı məhsuldan da 98,5 min dekalitr satılıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında Azərbaycanda 2 milyon 562,9 min dekalitr pivə istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.















