Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı sistem inzibatçısı
Son tarix 15 iyl 2026 - Müraciət et
Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti, Ödəniş sistemlərinin təminatı şöbəsi, Ödəniş sistemlərinə dəstək bölməsi
Vəzifənin funksiyaları:
- Ödəniş sistemlərinin iştirakçılarının Mərkəzi Bankın ödəniş sistemləri ilə inteqrasiya işlərinə texniki dəstəyin göstərilməsi;
- Yeni iştirakçıların və ya sistem modullarının test mühitində sınaqlarının həyata keçirilməsi;
- Yeni versiyaların yoxlanılması və istifadəyə verilmədən əvvəl təsdiq proseslərinin həyata keçirilməsi;
- Ödəniş sistemlərinin iştirakçılarından daxil olan texniki sorğuların, dəstək müraciətlərinin və problemlərin qeydiyyatının, təhlilinin və icrasının təmin edilməsi;
- Ödəniş sistemləri ilə Mərkəzi Bankın digər informasiya sistemləri arasında inteqrasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;
Təcrübə
- Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
- İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
- Ödəniş sistemləri ilə iş təcrübəsi (AÖS, AZIPS, XÖHKS, SWIFT, HÖP) tələb olunur
- Bu sistemlərin iş prinsiplərinin anlaşılması və onlara inteqrasiya təcrübəsi tələb olunur
- ISO-20022 və SWIFT MT formatları üzrə biliklər tələb olunur
- REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərinin anlaşılması tələb olunur
- SQL üzrə baza bilikləri tələb olunur
- Biznes tətbiqlərinin quraşdırılması, konfiqurasiyası, idarə edilməsi və texniki problemlərin həlli sahəsində təcrübə tələb olunur
- Yeni həllərin inteqrasiyası, test edilməsi və texniki sənədlərin tərtib olunması üzrə biliklər tələb olunur.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)
Son tarix 21 iyl 2026 - Müraciət e
Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti , İT infrastrukturunun şöbəsinin Sistem inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
- İnformasiya sistemləri üzrə VBİS-in quraşdırılmasını, sazlanmasını və davamlılığını təmin edir;
- Ehtiyat Mərkəz(lər)də VBİS-in dayanıqlı fəaliyyətini təmin edir;
- VBİS-in işinin optimallaşdırılması üzrə işləri həyata keçirir;
- VBİS-in ehtiyat nüsxələrinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- VBİS üzrə resurs planlanmasının idarəedilməsi işinin təşkil edir;
- Həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
- Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.
- İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
- İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
- Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
Təcrübə
- Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
- Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi). Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Dil bacarığı
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
- Backup və Restore həlləri (pg_dump/pg_restore, pg_basebackup, Barman)
- Performance tuning (Indexing, Query Optimization)
- High Availability həlləri (Patroni, repmgr)
- Replication texnologiyaları (Streaming, Logical, pglogical)
- Connection pooling həlləri (pgBouncer, pgpool-II)
- Monitoring alətləri (pgBadger, pg_stat_statements, Prometheus/Grafana)
- Security və Access Control (pg_hba.conf, SSL/TLS)
- Linux sistemləri üzrə biliklər (bash scripting)
- Migration alətləri (pg_upgrade) üzrə biliklər tələb olunur.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
















