Azərbaycan Respublikasının Mərkəzi Bankı
Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Kart sisteminə dəstək bölməsi \ Aparıcı mütəxəssis
Son tarix 19 okt 2025 - Müraciət et
Vəzifənin funksiyaları:
- Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli məsələlərin "Dispute managament" modulunda həlli;
- “Chargeback” funksionallığının idarəedilməsi;
- Sistemdə interchange tariflərinin və xidmət haqqlarının tətbiq edilməsi (setting)
- Banklararası xidmət haqqlarının müəyyən edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak;
- Yeni iştirakçıların qoşulması ilə əlaqədar rəsmiləşdirmə işlərinin həyata keçirilməsi;
- Tətbiq olunan proqram təminatlarının monitorinqi və problem olduqda ilkin tədbirlərin görülməsi;
- Sistemlərin yeni versiyalarının test rejimində sınaqdan keçirilməsi;
- İcraçı şirkət tərəfindən təqdim olunan müvafiq sənədlərə uyğun olaraq sistemlərin dəstəklənməsi;
- Ölkə daxili kart ödənişlərinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanmasında iştirak;
- Beynəlxalq Kart Təşkilatları tərəfindən təqdim edilən yenliklərin ölkədə daxili əməliyyatlarda tətbiqi üzrə təkliflərin hazırlanması;
- Sistemin fəaliyyəti üzrə hesabatların hazırlanması;
- Həyata keçirilən layihələrin icrasında aktiv iştirak;
- Şöbəyə daxil olan məktubların cavablandırılması;
Kompetensiyalar:
- Davranış kompetensiyalar
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
Texniki kompetensiyalar:
- SQL üzrə biliklər
- Üstünlük verilir
- Beynəlxalq kart təşkilatları tərəfindən tətbiq olunan “chargeback” funksionallığının fəaliyyəti və arbitraj proseduru
- Yüksək səviyyədə
- Ödəniş kartlarının emissiyası, ödəniş kartları ilə əməliyyatların aparılması
- Yüksək səviyyədə
- Ödəniş sistemləri, nağdsız hesablaşmalar və alətləri üzrə baza bilikləri
- İlkin səviyyədə
- Prosessinq təşkilatlarının fəaliyyəti və onlar arasında qarşılıqlı fəaliyyət
- Yüksək səviyyədə
Təcrübə
- Ödəniş sahəsi üzrə 2 il
Təhsil
- İqtisadi Ali təhsil
- Maliyyə Ali təhsil
- İnformasiya texnologiyaları Ali təhsil
- Dil bacarığı Azərbaycan dili
- Yüksək səviyyədə Rus dili
- Yaxşı səviyyədə İngilis dili
Kompüter bacarıqları
- MS Office proqramları Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis
Son tarix 18 okt 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;
- Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasını hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilinin aparır və təkliflər hazırlayır;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
- Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə
- Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi
Təhsil
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ mütəxəssis
Son tarix 18 okt 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasının hazırlanmasında iştirak edir;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə beynəlxalq təcrübədəki yenilikləri araşdırır və yerli sektorda tətbiqi imkanlarının qiymətləndirilməsində iştirak edir
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
- Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
- Texniki kompetensiyalar
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
- Analitik təhlil etmə bacarığı
Tələblər
- Təcrübə Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi
- Təhsil Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
- Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
- Kompüter bacarıqları MS Office proqramları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.