Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı mütəxəssis
Son tarix 21 mar 2025 - Müraciət et
Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamenti \ Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Son müraciət tarixi: 12.03.2025
Vəzifənin funksiyaları:
- Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
- Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
- Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
- Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
- Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərir;
- Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
Texniki kompetensiyalar
- Maliyyə bazarlarını tənzimləyən qanunvericilik bilikəri (orta səviyyədə)
- Maliyyə məhsulu və xidmətləri üzrə biliklər (orta səviyyədə)
- Normayaratma üzrə biliklər (orta səviyyədə)
Təcrübə
- Maliyyə sahəsində (bank, kapital bazarları, ödəniş sistemləri) 3 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/ /biznesin idarəedilməsi)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
Şöbə rəisi
Son tarix 21 mar 2025 Müraciət et
Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamenti \ Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Son müraciət tarixi: 12.03.2025
Vəzifənin funksiyaları:
- Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
- Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
- Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
- Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
- Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
- Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
Texniki kompetensiyalar
- Bank qanunvericiliyi (yüksək səviyyədə)
- Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər (yüksək səviyyədə)
- Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər (yüksək səviyyədə)
- Normayaratma üzrə biliklər (yüksək səviyyədə)
Təcrübə
- Maliyyə sektorunda müvafiq istiqamət üzrə 5 il
- Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi olan namizədlərə üstünlük verilir
Təhsil
- Ali təhsil (iqtisadiyyat/hüquq/maliyyə/ /biznesin idarəedilməsi)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)