Azərbaycan Respublikasının Mərkəzi Bankı
İqtisadçı (Maliyyə sabitliyinin təhlili üzrə)
Son tarix 18 mar 2025 - Müraciət et
Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Maliyyə sabitliyinin təhlili şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
- Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılmasında iştirak;
- Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılmasında iştirak;
- Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsində iştirak;
- Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
- Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanmasında iştirak;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Makroiqtisadiyyat – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Maliyyə texnologiyaları və innovasiyalar departamenti Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi - Böyük mütəxəssis
Son tarix 11 mar 2025 Müraciət et
Əsas vəzifə funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin baxılması və qiymətləndirilməsi prosesində iştirak edir;
- Xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilmiş ərizəçi ilə müqavilənin bağlanması işini təşkil edir;
- Xüsusi tənzimləmə rejimi iştirakçılarının reyestrini aparır;
- Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müqavilədən irəli gələrək xüsusi tənzimləmə rejimi iştirakçısı tərəfindən sınağın həyata keçirilməsinə nəzarət edir;
- Müvafiq sahə üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri arasında fəaliyyətin koordinasiyasına, həmçinin fəaliyyətin effektiv təşkilinə və idarə edilməsinə nəzarət edir;
- Xüsusi tənzimləmə rejiminin tətbiqi, fəaliyyəti və koordinasiyası üzrə bütün maraqlı tərəflərin məlumatlandırılmasını və davamlı olaraq təlimatlandırılmasını təmin edir;
- Xüsusi tənzimləmə rejiminin tətbiq dairəsinin genişləndirilməsi, effektivliyinin artırılması məqsədilə xüsusi tənzimləmə rejiminin, habelə maliyyə bazarlarının iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirir;
- Qabaqcıl təcrübəyə əsasən xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlayır;
- Xüsusi tənzimləmə rejiminin tətbiqini və davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyəti təmin edir;
- Xüsusi tənzimləmə rejimi üzrə fəaliyyət barədə hesabatları hazırlayır;
- Xüsusi tənzimləmə rejimində sınağın nəticəsi uğurlu olduğu təqdirdə sınaqdan keçmiş innovativ xidmət və məhsul üzrə normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
- İnnovativ maliyyə xidmət və məhsulların tənzimlənməsi istiqamətində normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Tələb olunan biliklər və bacarıqlar:
- Komandada işləmə
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Ünsiyyətqurma bacarığı
- Analitik təhlil etmə
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Digər:
- Dil bilikləri - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
- Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat, Hüquq)
- Kompüter bacarıqları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətlər
İqtisadçı (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)
Son tarix 18 mar 2025 Müraciət et
Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Makro-maliyyə risklərinin modelləşdirilməsi şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
- Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
- Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
- Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
- Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Risk təhlili – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel); Ekonometrik və statistik paketlər (Eviews, Stata, R və s.);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.