Azərbaycan Respublikasının Mərkəzi Bankı
Analitik
Son tarix 05 mar 2025 - Müraciət et
Struktur bölmənin adı
Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Prudensial tənzimləmədə MHBS-nin tətbiqi bölməsi
Vəzifənin funksiyaları:
- Bank nəzarəti proseslərində və daxili analitikasında İFRS tələbləri nəzərə alınmaqla banklara və nəzarətçilərə metodoloji dəstək verir;
- Konsolidasiya olunmuş nəzarət çərçivəsinin müəyyən edilməsi, qabaqcıl beynəlxalq təcrübəni, o cümlədən Bazel Komitəsinin standartları və İFRS tələbləri, habelə yerli mülki və vergi qanunvericiliyi nəzərə alınmaqla requlyativ çərçivənin formalaşdırılmasına dəstək verir;
- Prudensial məqsədlər üçün təsnifləşdirmə və ehtiyatların yaradılması prosesinin İFRS 9 tələblərinə uyğunlaşdırılması üzrə simulyasiyaların aparılmasında, müvafiq requlyativ tələblər üzrə təkliflərin formalaşdırılmasında iştirak edir;
- Beynəlxalq maliyyə hesabatı standartlarının (İFRS) bank sektorunda tətbiqi imkanlarını təhlil edir və bu istiqamətdə təkmilləşmələr aparılmasında iştirak edir;
- Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;
Texniki kompetensiyalar
- Bank qanunvericiliyi (orta səviyyədə)
- Ümumi iqtisadiyyat və bankçılıq (orta səviyyədə)
- Maliyyə sektorunu, o cümlədən kredit təşkilatının risk profilini qiymətləndirmə bacarığı (yüksək səviyyədə)
- Təqdimat və yazı bacarığı (orta səviyyədə)
- Maliyyə hesabatlılığı (yüksək səviyyədə)
Təcrübə
- Maliyyə sektorunda, audit və ya maliyyə konsaltinq şirkətlərində (xüsusilə, bankların auditində və ya İFRS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak) 1 il
Təhsil
- Ali təhsil (iqtisadi/maliyyə)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel) (yaxşı səviyyədə)
Sertifikatlar
- ACCA kimi beynəlxalq diplom və sertifikatlara üstünlük verilir
Mütəxəssis
Son tarix 12 mar 2025 Müraciət et
Struktur bölmənin adı
- Sığorta fəaliyyətinə nəzarət departamenti \ Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi
Vəzifənin funksiyaları:
- Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının düzgünlüyünə, həmçinin sığorta tariflərinin hesablanmasına nəzarət edir;
- Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
- Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
- Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində təkliflər verir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatlar üzrə, o cümlədən , tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğinin, sığortaçının öz vəsaitinin məbləğinin, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun formalaşdırlmasının düzgünlüyünə nəzarət edir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatları və maliyyə hesabatları arasında müvafiq göstəricilərin eyniliyinin yoxlanılmasına nəzarət edir;
- Sığortaçılara və təkrarsığortaçılara müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə daxili nəzarətin nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş nəzarət və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə departament rəhbərliyinə təkliflər hazırlayır;
Texniki kompetensiyalar
- Risklərin idarə olunması üzrə biliklər (ilkin səviyyədə)
- Maliyyə üzrə biliklər (orta səviyyədə)
- Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər (orta səviyyədə)
- Sığorta, statistika, ekonometrika (orta səviyyədə)
Təcrübə
- Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) 1 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/riyaziyyat)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (orta səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (orta səviyyədə)