Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı mütəxəssis
Son tarix 12 fev 2025 - Müraciət et
Struktur bölmənin adı Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və əməkdaşlıq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) sahəsi üzrə tənzimlənmə və nəzarət siyasətinin formalaşdırılmasında iştirak edir;
- ƏL/TM/KMM üzrə nəzarət sahəsində dövlət proqramlarının (milli fəaliyyət planlarının) hazırlanmasında və icrasında, bu sahənin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində, ölkənin ƏL/TM/KMM sisteminin milli və beynəlxalq səviyyələrdə qiymətləndirilməsi proseslərində, habelə müvafiq işçi qruplarında iştirak edir;
- Mərkəzi Bankın ƏL/TM/KMM sahəsi üzrə nəzarət siyasətinə və bu sahə üzrə qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq maliyyə institutlarına münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi daxili nəzarət proqramına dair minimum tələblərdən əlavə tələblərin müəyyən edilməsində, eləcə də bu istiqamət üzrə metodoloji bazanın hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir;
- ƏL/TM/KMM sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə ƏL/TM/KMM üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;
- Mərkəzi Bankın ƏL/TM/KMM üzrə nəzarət strategiyasının formalaşdırılmasında, Departamentin büdcə layihəsinin hazırlanmasında iştirak edir, təsdiq edilmiş planı icra edir, planın icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
- Departamentin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Departamentin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Rəhbərliyin tapşırığına uyğun olaraq Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
Texniki kompetensiyalar
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Təqdimat və yazı bacarıqları
Təcrübə
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahəsində 3 il,
- Hüquq sahəsi üzrə 1 illik təcrübə
Təhsil
- Ali təhsil (hüquq);
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları, xüsusilə MS Excel (yaxşı səviyyədə)
Sertifikatlar
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatları olan namizədlərə üstünlük verilir.
Böyük analitik (Maliyyə üzrə)
Son tarix 11 fev 2025 Müraciət et
Struktur bölmənin adı Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti /Tənzimləmə siyasəti şöbəsi
Hesabatlı olduğu vəzifə Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
- Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
- Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
- Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
- Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Sığorta bazarı üzrə normativ-metodoloji sənədlərin tətbiq edilməsi ilə əlaqədar nəzarət subyektlərinə metodoloji dəstək göstərir;
- Zəruri hallarda Departament direktorunun razılığı əsasında səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə təlimlər, iclaslar və müşavirələr keçirilməsində iştirak edir;
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və sığorta işi – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Maliyyə riyaziyyatı – yüksək səviyyədə
- Analitik təhlil – yüksək səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Minimum 3 il, sığorta və ya maliyyə sahəsində fəaliyyət;
- Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.
Təhsil
- İqtisadiyyat, maliyyə, riyaziyyat, ekonometrika və statistika istiqamətləri üzrə ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə