Azərbaycan Respublikasının Mərkəzi Bankı
İqtisadçı
Son tarix 11 yan 2025 - Müraciət et
Struktur bölmənin adı:
- Tədqiqatlar departamenti \ Modelləşdirmə və proqnozlaşdırma şöbəsi
Son müraciət tarixi:
- 11.01.2025
Vəzifənin funksiyaları:
- Müxtəlif statistik göstəricilərdən (ÜDM, inflyasiya, məzənnə, faiz dərəcəsi, işsizlik, büdcə, idxal-ixrac və s.) ibarət zaman sıralarının toplanılması, onların emalı və təhlili;
- AMB-nin öz məqsəd və funksiyalarını həyata keçirməsi üçün müxtəlif təyinatlı struktur, natamam struktur və qeyri-struktur modellərin qurulması və mütəmadi təkmilləşdirilməsində iştirak;
- Cari, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövr üzrə müxtəlif ssenarilərdə makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanmasında iştirak;
- Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclaslarında müzakirə üçün fərziyyə və ssenarilərin, makroiqtisadi proqnoz və gözləntilərdən ibarət təqdimatların və analitik arayışların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyəti üzrə prioritet mövzularda tədqiqat işlərinin aparılmasında iştirak və nəticələri barədə analitik yazıların, təqdimatların və işçi məqalələrin hazırlanmasında iştirak;
- Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsində iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.
Texniki kompetensiyalar:
- Makroiqtisadiyyat və ekonometrika
- Mikroiqtisadiyyat
- Beynəlxalq iqtisadiyyat və inkişaf iqtisadiyyatı
- Ümumi iqtisadiyyat və bankçılıq
- Təqdimat və yazı bacarıqları
Təcrübə:
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Təhsil:
- Magistr (İqtisadiyyat, ekonometrika, statistika)
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
Kompüter bacarıqları:
- MS Office proqramları (yaxşı səviyyədə)
- Statistik və ekonometrik - riyazi tətbiqi proqramlar (Eviews, Matlab, R) orta səviyyədə
İqtisadçı
Son tarix 12 yan 2025 Müraciət et
Struktur bölmənin adı:
- Tədqiqatlar departamenti \ Mikroiqtisadi tədqiqatlar şöbəsi
Son müraciət tarixi:
- 12.01.2025
Vəzifənin funksiyaları:
- Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması, məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
- İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
- Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlərin mütəmadi təhlili;
- Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
- İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
- İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınlarının mütəmadi olaraq təhlili və hesabatın hazırlanmasında iştirak;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak.
Texniki kompetensiyalar:
- Ümumi iqtisadiyyat və bankçılıq
- Makroiqtisadiyyat
- Monetar iqtisadiyyat və pul siyasəti
- Beynəlxalq iqtisadiyyat
- Statistika və Ekonometrika
- Analitik təhlil etmə
- Təqdimat və yazı bacarığı
- Siyasət təhlili üçün modelləşdirmə
- Mikroiqtisadiyyat
Təcrübə:
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
Təhsil:
- Ali təhsil (iqtisadi/maliyyə);
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan)
Kompüter bacarıqları:
- MS Office proqramları (yüksək səviyyədə)
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə)
Analitik
Son tarix 08 yan 2025 Müraciət et
Struktur bölmənin adı
- Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi
Son müraciət tarixi:
- 08.01.2025
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak;
- Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak, fond birjasının və klirinq təşkilatının daxili qaydalarının təhlilində və rəyin bildirilməsində iştirak;
- Kapital bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak;
- Prudensial normativlərin və tələblərin tətbiqi, habelə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstəyin həyata keçirilməsində iştirak;
- Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsində iştirak, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsində iştirak;
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak edir;
Texniki kompetensiyalar:
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun
- Qiymətli kağızlar bazarı haqqında qanun
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza
- İnvestisiya fondları haqqında qanun
- Ümumi iqtisadiyyat
- Kapital bazarı sahəsində biliklər
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
- Maliyyə hesabatlılığı
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun
Təcrübə:
- Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 1 illik iş təcrübəsi.
Təhsil:
- Ali təhsil (iqtisadi/maliyyə);
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı:
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır;
Kompüter bacarıqları:
- MS Office proqramları (xüsusilə MS Excel);
Sertifikatlar:
- CFA, ACCA, və ya Kapital bazarı sahəsində digər peşəkar sertifikatlar arzuolunandır.
Aparıcı iqtisadçı
Son tarix 07 yan 2025 Müraciət et
Struktur bölmənin adı:
- Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti \ Maliyyə sektorunun inkişafı şöbəsi
Son müraciət tarixi:
- 07.01.2025
Vəzifənin funksiyaları:
- Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
- Maliyyə bazarları üzrə ən yaxşı praktikalar və milli inkişaf prioritetləri nəzərə alınmaqla müvafiq məqbul modellərin və mexanizmlərin tədqiqi və onların ölkədə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak;
- Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
- Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
- Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
Texniki kompetensiyalar:
- Maliyyə bazarları, institutları və alətləri
- Bankçılıq
- Maliyyə sektoru üzrə qanunvericilik
- Maliyyə hesabatlığı
- Makroiqtisadiyyat
- Statistika və Ekonometrika
Təcrübə:
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi
Təhsil:
- Ali təhsil (iqtisadi/maliyyə);
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (əla səviyyədə)
Kompüter bacarıqları:
- MS Office proqramları (yaxşı səviyyədə)
Sertifikatlar:
- CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar arzuolunandır.
Böyük hüquq məsləhətçisi
Son tarix 08 yan 2025 Müraciət et
Struktur bölmənin adı
- Maliyyə bazarlarının hüquqi təminatı departamenti\ Sığorta bazarlarının hüquqi təminatı şöbəsi
Son müraciət tarixi:
- 08.01.2025
Vəzifənin funksiyaları:
- Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
- Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
- Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
- Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
- Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
- Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir;
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarıqları
- Mülki hüquq, sığorta qanunvericiliyi, maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər
- Hüquqi araşdırma bacarığı
- Texnologiyalarla bağlı biliklər
- Hüquqi əsaslandırma bacarığı
Təcrübə
- Hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş təcrübəsi (azı 3 ili maliyyə bazarları sahələrində)
Təhsil
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi arzuolunandır)
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Təşkil etmə və nəzarət
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı
- Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı (rus dili arzuolunandır)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)