Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı Mütəxəssis
Son tarix 02 okt 2024 - Müraciət et
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidməti təchizatçılarına və ödəniş operatorlarına nəzarət şöbəsi \ Aparıcı mütəxəssis
Vəzifənin funksiyaları:
- Təqdim olunmuş hesabatlar və digər nəzarət məlumatları əsasında ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının, habelə ödəniş sistemləri operatorlarının (təşkilatların) qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir və nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır;
- Ödəniş sistemlərinin davamlı və etibarlı fəaliyyətinə nəzarət edir, bu istiqamətdə baş vermiş insidentlərin qiymətləndirilməsini həyata keçirir;
- Təşkilatlarda həyata keçirilən yoxlamalarda iştirak edir, nəticələrini rəsmiləşdirir;
- Nəzarətin nəticələrinə əsasən təsir, təshih və sanksiyaların tətbiq olunması barədə təkliflər verir;
- Tətbiq olunan təsir, təshih tədbirləri və sanksiyaların elektron reyestrini aparır və icrasının monitorinqini həyata keçirir, habelə təşkilatlardan daxil olan vəsatətlərə dair rəy hazırlayır;
- Təşkilatların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsində iştirak edir;
- Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin, habelə digər ödəniş sistemlərinin bu sahədə qəbul olunmuş beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə “özünüqiymətləndirmə”sini aparır, çatışmazlıqlar üzrə tədbirlər planı tərtib edir və icrasına nəzarət edir;
- Nəzarət üzrə istifadə edilən informasiya sistemlərinin fəaliyyətini təmin edir və inzibatçılığını həyata keçirir, nəzarət alətlərinin tələblərinə uyğunlaşdırılması, informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər verir, müvafiq texniki tapşırıqlar hazırlayır;
- Şöbənin funksiyarına aid müxtəlif hesabatlar və təqdimatlar hazırlayır;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar:
Davranış kompetensiyalar:
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar:
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə:
Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi
Təhsil:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Dil bacarığı:
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları:
MS Office proqramları
Son müraciət tarixi: 01.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
Böyük mühəndis-proqramçı
Son tarix 12 okt 2024 Müraciət et
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Layihələr üçün sistemlərin analizi, dizaynı və inkişafı. Yeni proqram təminatlarının yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi.
- Yüksək keyfiyyətli və səmərəli kodun yazılması və kodun sınaqdan keçirilməsi. Kodun təmizliyi və optimallığına nəzarət etmək.
- Backend xidmətlərini istifadəçi interfeysləri ilə inteqrasiya etmək üçün frontend tərtibatçıları ilə əməkdaşlıq etmək.
- Miqyaslana bilən və effektiv backend sistemləri dizayn etmək üçün proqram təminatı memarları ilə sıx əməkdaşlıq etmək.
- Layihə qrupunun digər üzvlərinə texniki rəhbərlik etmək, onların fəaliyyətini koordinasiya etmək və onlara mentorluq etmək.
- Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin etmək, problemləri həll etmək və yenilikləri tətbiq etmək.
- Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunması.
- Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək.
- Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Java, Python, C# və ya digər əsas proqramlaşdırma dillərində yüksək səviyyədə bilik.
- Data structures and algorithms üzrə dərin biliklər.
- SQL, NoSQL bazaları ilə iş təcrübəsi. Verilənlər bazası dizaynı və optimizasiyası üzrə dərin biliklər.
- RESTful API-lər və veb xidmətlərin yaradılması və dəstəklənməsində təcrübə.
- Git və ya digər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Mikroservislər, bulud əsaslı həllər, konteyner texnologiyaları (Docker, Kubernetes) üzrə biliklər.
- Mürəkkəb texniki problemlərin həll edilməsi bacarığı və analitik düşünmə qabiliyyəti.
- Layihə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə. Texniki komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Agile və Scrum metodologiyaları ilə tanışlıq.
- Komandada işləmə bacarığı.
- RabbitMQ və ya Kafka kimi mesaj növbələmə sistemləri ilə tanışlıq
DİGƏR TƏLƏBLƏR:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Müvafiq sahədə 5 illik iş təcrübəsi
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar)
- Kompüter bacarığı MS Office (Word, Excell, Power Point)
Aparıcı mühəndis-proqramçı
Son tarix 12 okt 2024
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Layihələr üçün sistemlərin analizi, dizaynı və inkişafında iştirak. Yeni proqram təminatlarının yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsində iştirak.
- Oracle PL/SQL dilində kod yazmaq, saxlanılan prosedurlar, funksiyalar və trigerlər hazırlamaq. Verilənlər bazası əməliyyatlarının səmərəliliyini və performansını optimallaşdırmaq.
- Oracle APEX platformasında tətbiqlərin hazırlanması, mövcud tətbiqlərin dəstəklənməsi və təkmilləşdirilməsi. Müxtəlif biznes tələblərinə uyğun olaraq interfeyslər və hesabatlar yaratmaq.
- Yazılmış kodların testləşdirilməsi, səhvlərin tapılması və aradan qaldırılması. Sistemin sabit və etibarlı işləməsini təmin etmək.
- Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunmasında iştirak etmək.
- Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək.
- Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Oracle PL/SQL dilində yüksək səviyyədə bilik və təcrübə. Prosedurlar, funksiyalar və trigerlərin yaradılması bacarığı.
- Oracle APEX platformasında iş təcrübəsi, interfeyslər, hesabatlar və dinamik tətbiqlər hazırlamaq bacarığı.
- Oracle verilənlər bazası ilə iş təcrübəsi, verilənlər bazası dizaynı və optimizasiyası üzrə biliklər
- HTML, CSS və Javascript üzrə biliklər.
- Data structures and algorithms üzrə biliklər.
- RESTful API-lər və veb xidmətləri üzrə biliklər.
- Git və ya digər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Mürəkkəb problemləri həll etmək və müştəri tələblərini analiz edərək həllər yaratmaq bacarığı
- Texniki komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Verilənlər bazaları üzrə bilikləri (Oracle, SQL Server, PostgreSQL və s.)
- Web bilikləri (HTML, CSS)
- Web Servis əsasları (SOAP, REST)
DİGƏR TƏLƏBLƏR:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Müvafiq sahədə 3 illik iş təcrübəsi
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar)
- Kompüter bacarığı MS Office (Word, Excell, Power Point)
Böyük Mütəxəssis
Son tarix 02 okt 2024 Müraciət et
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Böyük mütəxəssis
Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;
- Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasının hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilini aparır və dəyişikliklər üzrə təkliflər hazırlayır;
- Ödəniş sistemləri, ödəniş xidmətləri üzrə tətbiq edilən tariflərini, habelə banklararası interçeync tariflərini təhlil edir və təkliflər hazırlayır;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Ölkə daxilində emissiya edilmiş ödəniş kartları ilə xidmət mərkəzləri arasında aparılan ödəniş əməliyyatları üzrə yaranan mübahisəli hallarda arbitraj proseduru zamanı araşdırmanın aparılmasında və tərəflər arasında qarşılıqlı öhdəliklərin müəyyən edilməsində iştirak edir;
- Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə
Maliyyə sektorunda azı 3 illik iş təcrübəsi
Təhsil
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
MS Office proqramları
Son müraciət tarixi: 01.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
Aparıcı Analitik
Son tarix 02 okt 2024 Müraciət et
Struktur bölmənin adı:
Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti, Prudensial siyasət şöbəsi
Vəzifənin adı:
Aparıcı analitik
Son müraciət tarixi: 01.10.2024
Link : https://www.cbar.az/hr/f?p=100:106
Vəzifənin funksiyaları:
- Kapital bazarında tənzimləmə və nəzarət üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
- kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
- Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanması üzrə aidiyyatı struktur bölməyə təkliflərin hazırlanması;
- Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
Texniki kompetensiyalar:
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Qiymətli kağızlar bazarı haqqında Qanun – yüksək səviyyədə
- Normativ hüquqi aktlar haqqında Qanun - yüksək səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri – yüksək səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza – yüksək səviyyədə
- İnvestisiya fondları haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat - İlkin səviyyədə
- Kapital bazarı sahəsində biliklər – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri - orta səviyyədə
- Maliyyə hesabatlılığı – orta səviyyədə
Təcrübə:
Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi
Təhsil:
İqtisadiyyat – Ali təhsil
Maliyyə – Ali təhsil
Hüquq – Ali təhsil
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, Məsuliyyətlilik, Təkmilləşməyə meyllilik, Stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarəedilməsi
- Analitik təhlil etmə
- Araşdırma aparma
Dil bacarığı:
Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır;
Kompüter bacarıqları:
MS Office proqramları (xüsusilə MS Excel)
Sertifikatlar:
CFA, ACCA və ya Kapital bazarı sahəsində digər peşəkar sertifikatlar arzuolunandır
Nəzarət Mütəxəssisi
Son tarix 02 okt 2024 Müraciət et
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidməti təchizatçılarına və ödəniş operatorlarına nəzarət şöbəsi \ mütəxəssis
Vəzifənin funksiyaları:
- Təqdim olunmuş hesabatlar və digər nəzarət məlumatları əsasında ödəniş təşkilatları, elektron pul təşkilatları, habelə ödəniş sistemləri operatorları (təşkilatları) tərəfindən qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsində iştirak edir;
- Aparılan yoxlamalarda yoxlama qrupunun tərkibində iştirak edir, yoxlama zamanı qrup rəhbərinin tapşırıqlarını yerinə yetirir;
- Tətbiq olunan təsir, təshih tədbirləri və sanksiyaların elektron reyestrini aparır və icrasının monitorinqinin həyata keçirilməsində iştirak edir;
- Nəzarət üzrə istifadə edilən informasiya sistemlərinin fəaliyyətini təmin edilməsində nəzarət alətlərinin tələblərinə uyğunlaşdırılmasında, informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin veriməsində iştirak edir;
- Şöbənin funksiyarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak edir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan sorğu və məktublara baxır və cavab hazırlayır;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar:
Davranış kompetensiyalar:
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar:
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə:
Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi
Təhsil:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Dil bacarığı:
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları:
MS Office proqramları
Son müraciət tarixi: 01.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
Aparıcı Mütəxəssis
Son tarix 02 okt 2024 Müraciət et
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis
Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;
- Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasını hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilinin aparır və təkliflər hazırlayır;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;