Azərbaycan Respublikasının Mərkəzi Bankı
Mikroiqtisadi tədqiqatlar şöbəsi, iqtisadçı
Son tarix 04 okt 2024
Link: https://www.cbar.az/hr/f?p=100:106
Son müraciət tarixi: 23.09.2024
Struktur bölmənin adı
Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
- Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması, məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
- İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
- Dövlət şirkətlərinin maliyyə və sənaye-təsərrüfat fəaliyyətinin təhlil edilməsi, onun makroiqtisadi proseslərlə və pul-məzənnə siyasəti ilə əlaqələndirilməsi;
- Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
- İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
- İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınlarının mütəmadi olaraq təhlili və hesabatın hazırlanmasında iştirak;
- Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlərin mütəmadi təhlili;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
- Maliyyə sektoru, xüsusilə bank sektoruna dair tədqiqatların aparılmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak.
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Mikroiqtisadiyyat – yüksək səviyyədə
- Makroiqtisadiyyat – orta səviyyədə
- Monetar iqtisadiyyat və pul siyasəti – orta səviyyədə
- Beynəlxalq iqtisadiyyat – orta səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
- Siyasət təhlili üçün modelləşdirmə – orta səviyyədə
- Təqdimat və yazı bacarıqları – orta səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, Məsuliyyətlilik, Təkmilləşməyə meyllilik, Ünsiyyətqurma və Komandada işləmə, Stressə davamlılıq, Vaxtın idarəedilməsi
Təcrübə
- Müvafiq sahə üzrə iş təcrübəsi – 2 il
Təhsil
- İqtisadiyyat – ali təhsil
- Maliyyə – ali təhsil
Dil bacarığı
- Azərbaycan dili - əla səviyyədə
- İngilis dili - yüksək səviyyədə
Kompüter bacarıqları
MS Office proqramları - yüksək səviyyədə
Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri) - orta səviyyədə
Aparıcı mütəxəssis
Son tarix 25 sen 2024 Müraciət et
Vəzifənin funksiyaları:
- Bazar davranışları çərçivəsində sığorta bazarının peşəkar iştirakçıları tərəfindən sığorta qanunvericiliyinin tələblərinə riayət edilməsinə və istehlakçıların hüquqlarının qorunmasına nəzarət edir;
- Sığortaçılarda və təkrarsığortaçıda korporativ idarəetmə ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;
- Sığortaçıların bazar davranışı üzrə sığorta qanunvericiliyin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üzrə təklif verir və müvafiq tədbirlərin icrasına nəzarət edir;
- Sığortaçıda və təkrarsığortaçıda təyin olunan müvəqqəti inzibatçının fəaliyyətinə bazar davranışı üzrə nəzarət edir;
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində yoxlamalarda iştirak edir;
- Sığortaçılara və təkrarsığortaçılara müvafiq lisenziyaların, razılıq və icazələrin verilməsi üçün daxil olmuş müraciətlərə dair rəy verir;
- Sığortaçıların hazırladığı sığorta qaydalarına baxır və könüllü sığorta növünün aparılmasına icazə verilməsinə münasibət bildirir;
- Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə təqdim edilmiş sənədlərə baxır;
- Sığortaçılara (təkrarsığortaçılara) verilmiş lisenziya və icazələrin qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılması, dayandırılması və ləğv edilməsi ilə əlaqədar rəy və təkliflər verir;
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat – orta səviyyədə
- Beynəlxalq iqtisadiyyat – orta səviyyədə
- Sığorta qanunvericiliyi – yüksək səviyyədə
- Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə
Təcrübə
- Müvafiq sahədə ən azı 2 il
- Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat,İdarəetmə və Hüquq)
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)
Son müraciət tarixi: 22.09.2024
Müraciət linki : https://www.cbar.az/hr/f?p=100:106
Data Mühəndisi
Son tarix 25 okt 2024 Müraciət et
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Məlumatların toplanması, ötürülməsi, emalı və saxlanması üçün müvafiq texniki alətlərdən istifadə edir;
- Məlumat axınlarının monitorinqini həyata keçirir;
- Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
- Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
- Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını monitoring və idarə edir;
- Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir;
- Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Phyton proqramlaşdırma dil bilikləri
- SQL, PL/SQL bilikləri
- ETL/ELT Prosesslərin yazlması üzrə biliklər
- Batch prosessing Spark bilikləri arzu olunandır
- Real-time prosessinq Kafka bilikləri arzu olunandır
- Data orkestrate alətləri bilikləri arzu olunandır
- Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;
- Data model dizayn etmə bacarığı
- Hesabatları analiz etmə, anlama bacarığı;
- Biznes tələbləri anlama bacarığı;
DİGƏR TƏLƏBLƏR:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- SQL və Phyton ilə minimum 1 illik iş təcrübəsi.
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar);
Makroiqtisadi tədqiqatlar şöbəsi, kiçik iqtisadçı
Son tarix 24 sen 2024
Link: https://www.cbar.az/hr/f?p=100:106
Son müraciət tarixi: 23.09.2024
Struktur bölmənin adı
Tədqiqatlar departamenti
Vəzifənin adı
Makroiqtisadi tədqiqatlar şöbəsi, kiçik iqtisadçı
Vəzifənin funksiyaları:
- Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması və məlumat bazalarının yenilənməsi və tədqiqat işlərinin tələblərinə uyğunlaşdırılması;
- Departamentin tədqiqat planına və rəhbərliyin operativ tapşırıqlarına uyğun olaraq makroiqtisadi mövzularda tədqiqat işlərinin aparılmasında iştirak;
- Ölkədə gedən makroiqtisadi proseslərin, habelə inflyasiya proseslərinin, makroiqtisadi sabitlik və dayanıqlığa təsir göstərən amillərin araşdırılması, bu istiqamətdə təhlil və qiymətləndirmələrin aparılmasında və analitik materialların hazırlanmasında iştirak;
- Pul-kredit siyasəti, AMB-nin əməliyyat çərçivəsi və banklararası bazarda aparılan əməliyyatlara dair mütəmadi analitik təhlillərin aparılması, bu istiqamətdə qiymətləndirmələrin aparılmasında və analitik materialların hazırlanmasında iştirak;
- İnkişaf maliyyəsi və ödəniş sistemlərinin effektivliyinin artırılması, pul tədavülünün təşkili, valyuta ehtiyatlarının idarəedilməsi və AMB-nin funksional fəaliyyətinin sair istiqamətləri üzrə prioritet mövzularda tədqiqat və təhlillərin aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak;
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Makroiqtisadiyyat – yüksək səviyyədə
- Monetar iqtisadiyyat və pul siyasəti – orta səviyyədə
- Dövlət maliyyəsi və büdcə siyasəti – orta səviyyədə
- Beynəlxalq iqtisadiyyat – orta səviyyədə
- Təqdimat və yazı bacarıqları – orta səviyyədə
- İnkişaf iqtisadiyyatı – ilkin səviyyədə
- Mikroiqtisadiyyat – ilkin səviyyədə
- Siyasət təhlili üçün modelləşdirmə – ilkin səviyyədə
- Statistika və ekonometrika – ilkin səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, Məsuliyyətlilik, Təkmilləşməyə meyllilik, Ünsiyyətqurma və Komandada işləmə, Stressə davamlılıq, Vaxtın idarəedilməsi
Kompüter bacarıqları
- MS Office proqramları - yüksək səviyyədə
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (SPSS, Stata, Eviews, GAUSS, Matlab, R proqramlarından hər hansı biri) - orta səviyyədə
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə)
- İngilis dili (yüksək səviyyədə)
Təcrübə
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi - Arzuolunandır
Təhsil
- İqtisadiyyat - ali təhsil
- Maliyyə - ali təhsil
- Riyaziyyat - ali təhsil
Böyük mühəndis-proqramçı
Son tarix 25 okt 2024 Müraciət et
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Məlumat saxlama və emal üçün infrastrukturun qurulmasını və idarə olunmasında iştirak edir;
- Məlumatların emalı və saxlanması üçün müvafiq texnoloji həllərin tətbiqini və optimallaşdırılmasını həyata keçirir
- Dövri və birdəfəlik hesabatları, analitik və süni intellekt əsaslı modelləri dəstəkləyəcək miqyaslana bilən məlumat platformasının tətbiqini, dəstəklənməsini və davamlı inkişaf etdirilməsində iştirak edir
- Məlumatların toplanması, ötürülməsi, emalı və saxlanması üçün müvafiq texniki alətlərdən istifadə edir
- Məlumat axınlarının avtomatlaşdırılmasını və monitorinqini həyata keçirir
- Verilənlər bazasında məlumatların təmizlənməsi, keyfiyyətinin artırılması və istifadəyə yararlı formata gətirilməsində iştirak edir
- Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir
- Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir
- Məlumat bazalarının strukturlarının dizaynını və optimallaşdırılmasını həyata keçirir
- Məlumatların şifrələnməsi, icazələrin idarə olunması və audit mexanizmlərinin tətbiqini təmin edir
- Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını tətbiq və idarə edir
- Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir
- Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir
- Məlumat anbarlarını (data warehouses) dizayn edir, qurur və idarə edir
- Mübahisəli məsələləri müvafiq prosedur qaydalar əsasında həllini təmin edir;
- Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
- Şöbənin avadanlıq, proqram təminatı və s. ehtiyaclarını müəyyənləşdirir
- Şöbəyə daxil olan məktublar əsasında araşdırmaların aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Database üzrə bilirlər
- Data Lakehouse üzrə biliklər
- ETL/ELT Prosesslərin yazlması üzrə biliklər
- Batch prosessing Spark bilikləri
- Real-time prosessinq Kafka bilikləri
- Phyton proqramlaşdırma dil bilikləri
- SQL, PL/SQL bilikləri
- Data orkestrate alətləri bilikləri
- Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;
- Data model dizayn etmə bacarığı
- Kompleks sorğuları yazmaq bacarığı;
- Hesabatları analiz etmə, anlama bacarığı;
- Biznes tələbləri anlama bacarığı;
DİGƏR TƏLƏBLƏR:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Database idarə etmə, developer kimi 5 illik iş təcrübəsi.
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar);