Azərbaycan Respublikasının Mərkəzi Bankı
İnformasiya texnologiyaları əməliyyatları departamenti \ Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı (Şəbəkə)
Son tarix 17 sen 2024 - Müraciət et
Əmək vəzifə funksiyaları:
- Mərkəzi Bankın şəbəkə infrastrukturunun yaradılması və tətbiqi layihələrində iştirak edir;
- Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Şəbəkə nasazlıqlarının əsas səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görür;
- Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir;
- Şəbəkə fəaliyyəti, performansı və problemləri barədə mütəmadi hesabatların hazırlanmasını icra edir;
- Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
- Şəbəkə infrastrukturu komponentlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzlərində işi təşkil edir;
- İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
- Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
- Bölmənin funksiyaları daxilində rəhbərliyin digər tapşırıqlarını icra edir.
Tələb olunan biliklər:
- LAN/WAN
- Routing,Swithcing
- Firewall Configuration (Palo Alto)
- NAC, TACACS+RADIUS
- Network Monitoring Tools
- WLC Configuration
- İP telefoniya (SİP+ANALOG), İVR
- İP-SEC, Site-to-Site, Full-Mesh
- SDN, SDWAN
- MPLS, BGP
- Network Backup Tools
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 5 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə
- Sertifikatlar - Cisco Certified Network Professional (CCNP)
İnformasiya texnologiyaları əməliyyatları departamenti \ Sistem inzibatçılığı bölməsi \ Aparıcı sistem inzibatçısı (Microsoft)
Son tarix 17 sen 2024 Müraciət et
Əsas vəzifə funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq bölmənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Microsoft tipli ƏS-nin quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fiziki və məntiqi topologiyasının hazırlanmasında iştirak edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının, əməliyyat sistemlərinin, virtualizasiya sistemlərinin, verilənlər bazasının, istifadəçi kompüterlərinin, proqram təminatlarının Yenilənmə siyasətinə uyğun olaraq yenilənməsini təmin edir;
- İnfrastruktur komponentlərinin, əməliyyat sistemləri və verilənlər bazasının daimi monitorinqi və yaranan problemlərin aradan qaldırılmasını təmin edir;
- Cavabdeh olduğu informasiya sistemlərində baş verən problemlərin analiz edilməsi və qarşısının alınmasını təmin edir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində fövqəladə hallarda əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını təşkil edir;
- Cavabdeh olduğu informasiya sistemlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Tələb olunan biliklər:
- Active directory
- WDS/ WSUS
- DFS/DFRS
- Exchange Server
- Sertifikat server
- Microsoft Configuration Manager
- ESXİ/ VCenter (əlavə üstünlük)
- Veeam backup (əlavə üstünlük)
- FileServer/PrintServer
- Domain controller
- Microsoft Azure
- Witness Server
- KMSServer
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 4 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə
İnformasiya texnologiyaları əməliyyatları departamenti \ Devops bölməsi \ Kiçik mühəndis (Devops)
Son tarix 17 sen 2024 Müraciət et
Vəzifə öhdəlikləri
- Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması işlərində iştirak edir və müvafiq sahə üzrə araşdırmalar aparır
- CI/CD proseslərinin avtomatlaşdırılması və səmərəliliyinin artırılması üçün yeni texnologiyaların araşdırılmasında iştirak edir
- Mikroservis arxitekturasının komponentlərinin davamlı monitorinqi və baş verən insidentlərin araşdırılmasında iştirak edir
- Səmərəliliyi artırmaq və xətaları azaltmaq üçün avtomatlaşdırma skriptləri və alətlərinin yaradılmasında iştirak edir
- İnformasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılmasında iştirak edir
- Bölmə öhdəliyində olan gündəlik işlərdə iştirak edir
- Bölmənin öhdəliyində olan layihələrdə iştirak edir
- Bölmə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq digər işləri yerinə yetirir
TƏLƏB OLUNAN BİLİKLƏR:
- Containers(Docker,Kubernetes)
- Git (Gitlab)
- Automation(Ansible)
- Scripting(Bash)
- Loggining(Graylog, ELK)
- Monitoring(Prometheus,Grafana)
- LoadBalancing(Haproxy)
- DNS(Bind)
- Knowledge of managing Linux based OS üzrə biliklər
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə