Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük mütəxəssis
Son tarix 04 sen 2024 - Müraciət et
Struktur şöbənin adı: Kapital bazarı fəaliyyətinə nəzarət departamenti, Lisenziyalaşdırma və qeydiyyat şöbəsi
Vəzifənin adı: Böyük mütəxəssis
Vəzifənin funksiyaları:
- İnvestisiya qiymətli kağızlarının (səhm və korporativ istiqrazların) dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı müraciətlərə baxır;
- Səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərə baxır;
- Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının, dövlət və bələdiyyə istiqrazlarının, Mərkəzi Bankın notlarının, daşınmaz əmlak sertifikatlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərə baxır;
- İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsinin, ipoteka və girov kağızlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərə baxır;
- Veksellərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlərə baxır;
- Emissiya prospektləri və informasiya memorandumlarının qanunvericiliyə uyğun tərtib olunmasını təhlil edir və nəticəsi barədə arayış tərtib edir;
- Paylı investisiya fondunun idarə edilməsi qaydalarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərə baxır;
- İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması, baş tutmamış hesab edilməsi ilə bağlı müvafiq tədbirlər görür;
- Qiymətli kağızların dövlət qeydiyyatı, lisenziyalaşdırma və icazələrin verilməsi sahəsində normativ hüquqi və normativ xarakterli aktlara zəruri dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayır;
- Kapital bazarları sahəsində attestasiyaların təşkili və keçirilməsi ilə bağlı işləri icra edir;
- Əlaqədar struktur şöbələrin təqdimatları əsasında kapital bazarları sahəsində Mərkəzi Bank tərəfindən verilmiş lisenziya və icazələrin qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görür;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənir, araşdırmalar aparır və təkliflər hazırlayır;
Təcrübə
- Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi
Təhsil
- Maliyyə - ali təhsil
- İqtisadiyyat - ali təhsil
Dil bilikləri
- Azərbaycan dili - əla səviyyədə
- İngilis dili - yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office proqramları – yaxşı səviyyədə
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yaxşı səviyyədə
- Qiymətli kağızlar haqqında qanun – yaxşı səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri – yaxşı səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza – yaxşı səviyyədə
- İnvestisiya fondları haqqında qanun – yaxşı səviyyədə
- Ümumi iqtisadiyyat – yaxşı səviyyədə
- Kapital bazarı sahəsində biliklər – yaxşı səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yaxşı səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Son müraciət tarixi: 03.09.2024
Maliyyə bazarlarında tərəfdaşlığın təşkili və inkişafı şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 07 sen 2024 Müraciət et
- Struktur bölmənin adı: Maliyyə texnologiyaları və innovasiyalar departamenti
- Vəzifənin adı: Maliyyə bazarlarında tərəfdaşlığın təşkili və inkişafı şöbəsinin aparıcı mütəxəssisi
- Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı təcrübələrin izlənilməsini, öyrənilməsini, ölkədə tətbiqi ehtimallarının araşdırılmasını və əldə oluna biləcək faydaların effektivliyinin qiymətləndirilməsini təmin edir;
- Tətbiq olunması tələb olunan sistemlər və təşəbbüslər ilə bağlı aidiyyati struktur bölmə və icraçı şirkət ilə birlikdə texniki şərtlərin hazırlanmasında iştirak edir;
- Yaradılan sistemlərin normativ–metodoloji bazasının hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı daxil olan rəy və təklifləri araşdırır, hüquqi və fiziki şəxslərin sorğularına cavablar hazırlayır;
- Maliyyə bazarlarında maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə təbliğat və təşviqat işlərini təşkil edir;
- Müvafiq layihələrdə iştirak edir;
- Funksional fəaliyyətə dair müvafiq hesabatların hazırlanaraq aidiyyətı üzrə təqdim edilməsini təmin edir;
- Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsini təmin edir.
Kompetensiyalar
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
- Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Tədqiqat aparma
- Ünsiyyətqurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Planlaşdırma
- Stressə davamlılıq
Təcrübə
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi (maliyyə sektorunda innovativ layihələrdə iştirak)
Təhsil
- Təhsil: Ali təhsil (İnformasiya sistemlərinin idarə edilməsi, Maliyyə, Biznesin idarəedilməsi, Marketing və bənzəri ixtisaslar)
- Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
- Kompüter bacarığları: MS Office (yüksək səviyyədə), MS Project (orta səviyyədə),biznes proses analizi və modelləşdirmə alətləri (arzu olunandır), JIRA/ Confluence (arzu olunandır)
- Sertifikatlar: Müvafiq sahədə sertifikatlar arzu olunandır
Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin mütəxəssisi
Son tarix 14 sen 2024 Müraciət et
- Struktur bölmənin adı: Maliyyə texnologiyaları və innovasiyalar departamenti
- Vəzifənin adı: Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin mütəxəssisi
- Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı təcrübələrin izlənilməsini, öyrənilməsini, ölkədə tətbiqi ehtimallarının araşdırılmasını və əldə oluna biləcək faydaların effektivliyinin qiymətləndirilməsini təmin edir;
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə bazar araşdırmasını aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
- Yaradılan sistemlərin normativ–metodoloji bazasının hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
- Maliyyə bazarlarında maliyyə texnologiyalarının və innovasiyaların yaradılması, pilot rejimində yoxlanılması və tətbiqində iştirak edir, həmçinin bu istiqamətdə fəaliyyəti əlaqələndirir;
- Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı daxil olan rəy və təklifləri araşdırır, hüquqi və fiziki şəxslərin sorğularına cavablar hazırlayır;
- Müvafiq layihələrdə iştirak edir;
- Funksional fəaliyyətə dair müvafiq müvafiq hesabatların hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsini təmin edir;
- Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Tədqiqat aparma
- Ünsiyyətqurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Planlaşdırma
- Stressə davamlılıq
Təcrübə:Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat)
Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (arzu olunandır)
Kompüter bacarığları: MS Office (yüksək səviyyədə), MS Project (orta səviyyədə), biznes proses analizi və modelləşdirmə alətləri(arzu olunandır), JIRA/ Confluence (arzu olunandır)
Sertifikatlar:Müvafiq sahədə sertifikatlar arzu olunandır