Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük analitik
Son tarix 20 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə nəzarət departamenti, Kapital bazarına və infrastruktura nəzarət şöbəsi
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, investisiya fondlarının, və investisiya fondlarının idarəçilərindən qanunvericiliklə müəyyən olunmuş hesabatların (prudensiyal hesabatların, maliyyə hesabatlarının və digər statistik məlumatların) alınması və təhlil edilməsi;
- Lisenziyalaşdırılan şəxslərin, investisiya fondlarının, və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin yerində yoxlanılmasının həyata keçirilməsi;
- Qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən qiymətli kağızlar bazarına dair qanunvericiliyə əməl edilməsinə və bazar davranışına nəzarətin edilməsi;
- Qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara və bağlanmış əqdlərə nəzarətin edilməsi;
- İnvestorların hüquqlarının müdafiəsi və qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin dayandırılması, aktivlərin dondurulması və (və ya) üzərinə həbs qoyulması üzrə tələbin irəli sürülməsi;
- Qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması, o cümlədən manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə etməklə həyata keçirilən əməliyyatların qarşısının alınması üçün tədbirlərin görülməsi;
- Qanunvericiliyin tələblərini pozmuş lisenziyalaşdırılan şəxslərə, investisiya fondları və investisiya fondlarının idarəçilərinə xəbərdarılığın edilməsi, icrası məcburi göstərişlərin verilməsi, habelə digər inzibati icraat tədbirlərinin tətbiqi üzrə təkliflərin hazırlanması;
- Lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı, investisiya fondu və investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlərin görülməsi;
- Kapital bazarına təhdid yaradan risklərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi, monitorinqinin aparılması və mitiqasiyası ilə bağlı təkliflər formalaşdırılması;
Texniki kompetensiyalar:
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanun – yaxşı səviyyədə
- Qiymətli kağızlar bazarı haqqında Qanun - yaxşı səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yaxşı səviyyədə
- İnvestisiya fondları haqqında Qanun - yaxşı səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə
- Ümumi iqtisadiyyat – orta səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – orta səviyyədə
- Maliyyə hesabatlılığı – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
Sertifikatlar
-
ACCA, DipIFR və CFA kimi beynəlxalq diplom və sertifikatlar arzuolunandır
Kompüter bacarıqları
-
MS Office proqramları, xüsusilə MS Excel - yaxşı səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - əla səviyyədə
- İngilis dili – arzuolunandır
Təcrübə
-
Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda iş təcrübəsi – 3 il
Son müraciət tarixi – 19.08.2024
Beynəlxalq investisiya mövqeyi və xarici borc şöbəsinin mütəxəssisi
Son tarix 20 avq 2024 Müraciət et
Struktur bölmənin adı; Statistika departamenti
Vəzifənin funksiyaları:
- Əlaqədar təşkilatlardan və komitələrdən dövlət zəmanəti olmayan xarici borca dair məlumatların toplanılmasında və işlənilməsində iştirak etmək;
- Məcmu xarici borc çərçivəsində xarici öhdəliklərin müəyyənləşdirilməsi məqsədilə xarici investisiyaların qiymətləndirilməsi sahəsində müvafiq işlərin həyata keçirilməsində iştirak etmək;
- Məcmu xarici borc statistikasının hazırlanmasında iştirak etmək;
- Əlaqədar təşkilatlardan və komitələrdən xarici borc və beynəlxalq investisiyalar haqqında hesabatların vaxtında və düzgün əldə olunmasının, əlaqəli məlumatlar ilə (İTRS, rəqəmsal balans və s.) uyğunluğuna dair üzləşdirmələrinin aparılmasının və mövcud uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsində iştirak edir;
- Elektron Statistik Baza və Analitik Hesabatlıq Sistemi (ESAHS) çərçivəsində məlumatların işlənilməsi və yoxlanılmasını həyata keçirir;
Texniki kompetensiyalar
- Risklərin idarəolunması – orta səviyyədə
- Maliyyə üzrə biliklər - orta səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yaxşı səviyyədə
- Analitik düşüncə - yaxşı səviyyədə
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
Təcrübə
- İqtisadi qurumların aidiyyəti sferasında iş təcrübəsi – 2 ilədək
Dil bilikləri
- Azərbaycan dili - əla səviyyədə
- İngilis dili - orta səviyyədə
- Kompüter bacarıqları
- MS Office proqramları - yaxşı səviyyədə
Təhsil
- Maliyyə - Ali təhsil
- İqtisadiyyat - Ali təhsil
Son müraciət tarixi – 19.08.2024