Azərbaycan Respublikasının Mərkəzi Bankı
Monitorinq şöbəsinin Kiçik mütəxəssisi
Son tarix 10 iyn 2026 - Müraciət et
Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti / Monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
- Sistemlərin iştirakçılar tərəfindən istifadəsinin 24/7/365 rejimində monitorinqinin həyata keçirilməsi;
- Sistemlər üzrə kommunikasiya protokollarının və cari əməliyyatların monitorinqi;
- Monitorinq nəticəsində yaranmış problemlərin, o cümlədən likvidlik və digər risklərin aradan qaldırılması üçün ilkin tədbirlərin görülməsi;
- İnsidentlərin qeydiyyatının aparılması;
- Sistemlər üzrə müştərilərdən və iştirakçı təşkilatlardan qəbul olunan müraciətlərin ilkin araşdırılmasının həyata keçirilməsi;
- Periodik olaraq müraciətlərin statistikasının çıxarılması, analizi;
- Sistemlər üzrə müvafiq hesabatların hazırlanması;
- Sistemlər üzrə yeniliklərin və funksionallıqların ilkin testləşdirilməsinin aparılması;
- Sistemlərin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi üçün server otaqlarında texniki şəraitə nəzarətin həyata keçirilməsi.
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.
Texniki kompetensiyalar
- Müxtəlif platformalı (Linux, Windows) əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
- Müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər;
- JSON və XML strukturu üzrə biliklər.
- Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə
- Texniki sənədlərin hazırlanması
- Proseslərin avtomatlaşdırılması
Təcrübə
- Müvafiq sahədə 1 il iş təcrübəsi tələb olunur.
Təhsil
- İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















