Azərbaycan Respublikasının Mərkəzi Bankı
Vətəndaşların qəbulu şöbəsinin mütəxəssisi (Gəncə şəhəri)/ İstehlakçılarla iş departamenti
Son tarix 31 mar 2026 - Müraciət et
Funksiyalar:
- Mərkəzi Banka müraciət edən istehlakçıları müəyyən edilmiş “ASAN xidmət” mərkəzində qəbul etmək;
- İcrasına daxil olan müraciətlərlə əlaqəli sorğular göndərmək, zəruri olduqda müvafiq departamentlərin rəyini almaq və araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlamaq;
- İstehlakçıların maliyyə bazarlarında qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər hazırlamaq;
- İstehlakçıların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər vermək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, araşdırmalar aparmaq və təkliflər hazırlamaq;
Texniki biliklər:
- “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər – yüksək səviyyədə
- Bank qanunvericiliyi üzrə biliklər – yaxşı səviyyədə
- Təqdimat və yazı bacarığı - yaxşı səviyyədə
- Mülki qanunvericilik üzrə ümumi biliklər – orta səviyyədə
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər - orta səviyyədə
Davranış kompetensiyaları:
- İstehlakçı məmnuniyyətinin təmin olunması üzrə təşəbbüskarlıq
- Təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Təcrübə:
- Bank sektorunda 1 il 6 aylıq iş təcrübəsi
Təhsil:
- İqtisadiyyat – Ali təhsil
Dil bacarığı:
- Azərbaycan dili - səlis
- Rus dili və İngilis dili – arzuolunandır
Kompüter bacarıqları:
- MS Office proqramları (xüsusilə MS Office və Excel)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












