Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bankların fəaliyyətinə nəzarət departamenti \ Daxili nəzarət bölməsi 3 \ Kiçik inspektor
Son tarix 31 mar 2026 - Müraciət et
Tələblər
Təhsil
- Ali təhsil (iqtisadi/maliyyə) - Tələb edilir
Texniki biliklər
- Bank və valyuta qanunvericiliyi sahəsində biliklər - Yüksək səviyyədə
- Bank nəzarəti sahəsində Bazel Komitəsinin prinsipləri üzrə biliklər - İlkin səviyyədə
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər - İlkin səviyyədə
- Təqdimat və yazı bacarığı - Orta səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - Yüksək səviyyədə
- İngilis dili - Yaxşı səviyyədə
Kompüter bacarığı
- MS Office proqramları - Yaxşı səviyyədə
Əlavə bilik və bacarıqlar
- Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Təşkil etmə və nəzarət
- Ünsiyyətqurma
- Vaxtın idarə edilməsi
Vəzifə öhdəlikləri
- Xarici nəzarət bölməsi ilə birgə yoxlama planlarının hazırlanmasında fəal iştirak etmək
- Yoxlama planına və müvafiq qanunvericiliyə uyğun olaraq banklarda növbəti və növbədənkənar yoxlamalar və monitorinqlər aparmaq, yoxlama nəticələrini hesabat şəklində təqdim etmək
- Banklarda aşkar edilmiş uyğunsuzluqlar əsasında icrası məcburi göstərişlərin verilməsinə dair təkliflər hazırlamaq
- Xarici nəzarət bölməsi ilə birlikdə bankların risk profilinin müəyyən edilməsində iştirak etmək və risklərin azaldılması üçün təkliflər irəli sürmək
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və hədəfli maliyyə sanksiyalarına dair qanunvericiliyin tələblərinə əməl edilməməsi hallarını aşkar etdikdə aidiyyəti struktur bölməyə vaxtında məlumat vermək
- Səlahiyyətləri çərçivəsində banklarda müvəqqəti inzibatçılıq tədbirlərində iştirak etmək
- Rezolyusiya və bankların öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək
- Rəhbərliyin verdiyi digər tapşırıq və fəaliyyət istiqamətləri üzrə işləri yerinə yetirmək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












