Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı iqtisadçı (Makro-maliyyə riskləri üzrə)
Son tarix 03 mar 2026 - Müraciət et
Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Makro-maliyyə risklərinin modelləşdirilməsi şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Maliyyə bazarları üzrə sistem risklərinin qiymətləndirilməsi, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərinin formalaşdırılması;
- Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
- Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
- Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
- Maliyyə göstəricilərinin proqnozlaşdırılması və risklərin dəyərləndirilməsi məqsədi ilə ekonometrik və ya maşın öyrənməsi (ML) modellərin hazırlanmasında iştirak;
- Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatların hazırlanması;
- Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Risklərin təhlili – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
Təcrübə: Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi;
Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/tətbiqi riyaziyyat/biznesin idarə edilməsi);
Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel); Ekonometrik və statistik paketlər (Eviews, Stata, Python və s.);
Sertifikatlar: CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











