Azərbaycan Respublikasının Mərkəzi Bankı
Nağd pul departamenti \ Nağd pulun idarəedilməsi şöbəsi \ Kiçik mütəxəssis
Son tarix 11 noy 2024 - Müraciət et
Vəzifənin funksiyaları:
- Nağd pul dövriyyəsi ilə bağlı analitik və statistik hesabatların hazırlanması və təhlilində iştirak;
- Xəzinə saxlanclarının pul nişanlarına olan tələbatının müəyyənləşdirilməsi və xəzinələr arasında pul nişanlarının bölgüsünün aparılmasında iştirak;
- Mərkəzi Bankın ərazi idarələri üzrə təhvil-təslim sərəncamlarının yazılması;
- Yubiley, xatirə və investisiya pul nişanlarının satışı ilə bağlı inzibatçılıq funksiyalarının yerinə yetirilməsi, analitik və statistik hesabatın hazırlanması, vətəndaşlardan məktub və qaynar xətt vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
- Departamentin əməliyyat planına uyğun olaraq fəaliyyət nəticələrinin monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanmasında iştirak;
- Xəzinələrdə saxlanılan nağd pul və qiymətlilərin yoxlanılması məqsədilə təşkil edilmiş komissiyalarda iştirak;
- Nağd pul departamentinin illik büdcəsinin hazırlanması və il ərzində ona nəzarət edilməsində iştirak;
- Nağd pulla bağlı biznes prosesləri əhatə edən hüquqi metodoloji bazanın hazırlanmasında iştirak;
- KİV üçün informasiyaların hazırlanmasında, nağd pul sferasının fəaliyyəti ilə əlaqədar daxil olan sorğulara cavabların hazırlanması;
- Şöbənin funksiyaları daxilində rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Kompetensiyalar
- Araşdırma və təhlil etmə;
- Komandada işləmə;
- Məsuliyyətlilik;
- Planlaşdırma;
- Stressə davamlılıq;
- Təkmilləşməyə meyllilik;
- Təşəbbüskarlıq;
- Ünsiyyətqurma;
- Vaxtın idarəedilməsi.
Texniki kompetensiyalar
- Makroiqtisadiyyat;
- Təqdimat və yazı bacarığı;
- Bank qanunvericiliyi ilə tanışlıq;
- Maliyyə və bank sistemi üzrə nəzəri və praktiki biliklər;
- Əməliyyat risklərinin idarə edilməsi;
- Layihələrin idarə edilməsi üzrə biliklər;
- Aidiyyatı üzrə qanunvericilik (Nağd pul və qiymətlilərlə əməliyyatlara dair normativ-hüquqi baza).
Təcrübə
- Mərkəzi Bankda, maliyyə sektorunda, və ya iqtisadi sektorda müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (arzu olunandır)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
Son müraciət tarixi: 10.11.2024
Maraqlnan namizədlər link-ə keçid edərək, müraciətlərini edə bilərlər.