İnsan resurslarının planlaşdırılması şöbəsinin mütəxəssisi
Son tarix 15 dek 2021
Vakansiyanın kodu: V211125-1
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiya üzrə struktur: İnsan resursları idarəsi, İnsan resurslarının planlaşdırılması şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: Gündəlik
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər :
-
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
-
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
-
İnsan resurslarına aid olan normativ, metodiki və digər rəhbəredici materiallar üzrə biliklər;
-
Kadr işinin təşkili, sənədləşdirilmə prosesi və hesabatların tərtib edilməsi üzrə biliklər;
-
İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər;
-
“Elektron hökumət” portalından istifadə qaydaları (e-gov.az) üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
-
Motivasiya;
-
Komanda işi;
-
Nəticəyönümlülük;
-
Etibar yaratma;
-
Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
-
Məlumat əldə etmə;
-
Planlaşdırma;
-
Analitik düşüncə.
Digər tələb və üstünlük göstəriciləri:
-
SHRM, CIPD və s. kimi beynəlxalq sertifikatlara sahib olmaq üstünlük göstəricisidir.
-
İqtisadiyyat, Biznesin təşkili və idarə edilməsi, MBA istiqamətləri üzrə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
-
Kadr potensialına olan tələbatın təhlilinin və proqnozlaşdırılmasının, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasının həyata keçirilməsi;
-
ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə standartlarının hazırlanmasının təmin edilməsi;
-
Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesinin icra edilməsi;
-
Vəzifələr üzrə təminatların işlənilməsinin və zərurət yarandıqda yenilənməsinin təmin edilməsi;
-
Ştat sorğularının Oracle tətbiqi və “Elektron hökumət” portalı (e-gov.az) üzərindən icra edilməsi;
-
Təşkilati strukturun vizual təsvirinin hazırlanması və cari vəziyyətə uyğunlaşdırılması;
-
İnsan resursları idarəsinin şöbələri üzrə məlumatların toplanması, emal edilməsi, məlumatların vizuallaşdırılaraq hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
-
İnsan resursları idarəsinin fəaliyyəti üzrə strateji hesabatların tərtib edilməsi;
-
Vəzifə və peşələr üçün əməyin ödənilməsi üzrə dərəcələndirmə sisteminin qurulmasında iştirak edilməsi;
-
Strukturlar tərəfindən vakansiya tələblərinin qəbul edilməsi, reyestrinin aparılması, tələbin təhlil edilməsi, nəticəyə uyğun olaraq rəy bildirilərək müvafiq struktura ünvanlanması;
-
İşçi məlumat bazasının tərtib edilməsi, məlumatlara uyğun olaraq təhlillər aparılması;
-
ADY üzrə ştat və faktiki işçi saylarını və digər statistik məlumatları özündə əks etdirən cədvəllərin tərtib və təhlil edilməsi;
-
Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq cavablandırılması.
Son müraciət tarixi: 15.12.2021