Azərbaycan Dəmir Yolları
Əmək haqqı üzrə mütəxəssis
Son tarix 25 iyl 2024 - Müraciət et
Təsvir:
- Qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə və Cəmiyyətin daxili qaydalarına uyğun olaraq əmək haqqı, mükafat, məzuniyyət haqları, əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətləri, son haqq-hesab ödənişlərinin hesablanması;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib olunması;
- Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması;
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
Tələblər:
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, Mühasibatlıq və ya İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür;
- Kompüter bilikləri: MS Office (Excel-sərbəst);
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- Müvafiq sahə üzrə qüvvədə olan norma və qaydalar