FED.az xəbər verir ki, “AccessBank” Tənzimləmə hesabatlar mütəxəssisi vakansiyası üzrə işçi axtarır.
Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
- Tənzimləmə hesabatlarının hazırlanması – Bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş, daxili siyasət və prosedurlarına uyğun müxtəlif maliyyə tənzimlənmə hesabatlarının düzgün və vaxtında hazırlanmasını və verilməsini təmin etmək;
- Hesabat prosesinin dəqiqliyini, tamlığını və vaxtında hazırlanmasını təmin etmək üçün proseslərin optimallaşdırılması və inkişafı üçün tövsiyələr vermək;
- Yeni və dəyişilmiş tənzimləmə hesabat tələblərinin araşdırılmasında və həyata keçirilməsində, habelə yeni məhsullar / əməliyyatlar üçün tənzimləmə tələblərinin qiymətləndirilməsində iştirak etmək;
- Hesabat və məlumat ehtiyaclarını bildirmək;
- Tənzimləmə hesabatlarının avtomatlaşdırılması layihəsində iştirak;
Tələblər
- Bank sektoru və bank tənzimləmə hesabat qaydaları haqqında ətraflı anlayışa malik olmaq;
- Güclü analitik bacarıqlar;
- Komanda ilə səmərəli işləmə bacarığı;
- Əla ünsiyyət bacarıqları (istər yazılı, istərsə şifahi);
- Microsoft ofis proqramlar - Word, Excel və PowerPoint-da yüksək səviyyədə işləmək;
- Mühasibat və hesabat funksiyaları sahəsində minimum 3 il iş təcrübəsi daxil olmaqla, minimum 5 il iş təcrübəsi;
- Mühasibat və hesabatlıq üzrə təhsil dərəcəsinin və sertifikatlarının olması;
Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.