ABB Transformasiya ofisinə Filial Transformasiyası kateqoriyası üzrə baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
• Transformasiya proqramı çərçivəsində mövcud strateji layihələrin həyata keçirilməsini aidiyyati struktur bölmələr ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
• Strateji layihələrin həyata keçirilməsi məqsədilə aidiyyati bölmələrə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
• Bankda gedən planlaşma və icra proseslərinə daim fərqli temp və keyfiyyəti gətirmək;
• Xüsusi hallarda müəyyən strateji layihələr üzrə sahibliyi aidiyyati struktur bölmələr ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə layihələrin icrasına dəstək vermək;
• Layihələrdə ortaya çıxan maneələrin aradan qaldırılması üzrə aidiyyatı hesabat mexanizmlərini formalaşdırmaq.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
• Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsi olan;
• Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
• Xarici dil bilikləri (İngilis dili mütləqdir, rus arzuolunandır);
• Problem həll etmə bacarığı olan;
• Təqdimat və ünsiyyət bacarığı olan;
• Komandada işləmə bacarığı olan;
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Filial Transformasiyası kateqoriyası üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
ABB Pərakəndə Kreditlər üzrə Mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
• Kredit portfelini formalaşdırmaq və idarə etmək;
• Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;
• Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
Bizim üçün ideal namizəd:
• Ali təhsilli (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst iş bacarığı olan;
• Azərbaycan dilində səlist danışan/yazan (xarici dil bilikləri olanlara üstünlük verilir);
• Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər təcrübədən asılı olmayaraq öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Pərakəndə Kreditlər üzrə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb-bank.az
ABB Brendin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
• Bankın məhsul və xidmətlərinin təşviqi üçün optimal marketinq kommunikasiya kanallarının seçməsində iştirak etmək;
• Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Mövcüd kommunikasiya kanallarının monitorinqini təşkil etmək;
• Bankın məhsul və xidmətlərinin təşviqi üçün tamqiyaslı marketinq kampaniyalarının təşkili;
• Keçirilmiş kampaniyaların effektivliyinin ölçülməsinə dair hesabatın hazırlanması;
• Bank məhsulları haqqında biliklərin olması;
• Bankın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə aktiv fəaliyyət göstərmək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
• Yüksək səviyyədə MS Office proqramları biliyi olan;
• Problem həll etmə bacarığı olan;
• Yaradıcılıq və innovasiya bacarığı olan;
• Problem həll etmə bacarığı olan;
• Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Brendin idarəedilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.