İndoneziya hakimiyyəti fevralın 14-dən etibarən Baliyə gələn xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) məbləğində rüsum tətbiq edib.
Türkiyə otellərində «hər şey daxil» sistemi 2024-də də qalacaq
FED.az xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa Penida, Nusa Lembongan və Nusa Ceningan kiçik adalarına səyahət üçün də tətbiq olunub.
İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.
Vergi bir neçə viza kateqoriyası üçün istisna edilir. Onların arasında diplomatik, rəsmi heyətlərin nümayəndələri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşamaq icazəsi olanlar var. Bundan əlavə, ailə birləşməsi, “qızıl”, tələbə və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur. Bundan başqa, Baliyə səyahət etməzdən əvvəl, sadalanan kateqoriyadan olanlar əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.
Həmçinin Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxil olan Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası da rüsum ödəməkdən azaddır.
Baliyə gələn turistlərin sayını nəzərə alsaq, bu, hər gün təxminən 180 min dollar qazanc gətirəcək. 2023-cü ildə Balini 11 milyona yaxın xarici turist ziyarət edib ki, bu da ilkin hədəfi 2,5 milyon ötüb. 2024-cü ildə səlahiyyətlilər turist axınının daha da artaraq 14 milyon nəfərə çatacağını proqnozlaşdırırlar. (Azərtac)