Ucar Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Ucar şəhəri, Oğuz küçəsi döngə 1, İlyas İsmayılov küçəsi, Məcid Abbasov küçəsi və Ucar rayonu Qarabörk kənd yeni massiv adlanan ərazidən keçən küçədə yolların təmiri işləri üzrə, Ucar şəhəri, Oğuz küçəsi pambıq zavod yaşayış binalarının və Ucar şəhəri M.Ə.Sabir küçəsi konserv zavod yaşayış binasında cari təmir işləri”nin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Müsabiqənin nömrəsi: 70505
Satınalan təşkilatın VÖEN-i: 7400011001
Satınalan təşkilatın ünvanı: Müsabiqənin başlama tarixi və vaxtı: 08.09.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.09.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 09.10.2023 13:00
Zərflərin açılış tarixi və vaxtı: 10.10.2023 13:00
Ödəniş şərtləri - hissə-hissə
Çatdırılma yeri - Ucar Şəhəri
Çatdırılma müddəti - ilin sonuna qədər
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla 2022 - ci il üzrə olmalıdır
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitlər
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanmasıüçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Malgöndərinin kadr imkanları
Malgöndərənin texniki imkanları
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ceyhun Qəhrəmanov, baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 0515682734