Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Qəhrəmanlar parkında idman meydançasının təmiri işləri üzrə keçirilən kotirovka sorğusunun nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Günay-88" MMC olub. Müqavilənin ümumi dəyəri 28 800 manat təşkil edir. Ehtimal olunan qiymət isə 37 905 manat idi.
Qeyd edək ki, "Günay-88" MMC bundan əvvəl də Tovuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda müxtəlif abadlıq və təmir işlərini həyata keçirib. Şirkətin İcra Hakimiyyəti ilə imzaladığı əvvəlki müqavilələr aşağıdakılardır:
Tovuz şəhərində "Şəhidlər xiyabanı"nda təmir işləri – 106 227 manat (13.09.2021).
Tovuz Rayonunda Şəhidlər xiyabanının təmiri işləri – 70 581 manat (13.09.2022).
Tovuz Rayonunda Şəhidlər xiyabanının təmiri işləri – 69 035 manat (22.07.2022).
Tovuz rayonunun Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində təbii fəlakətin (leysan, dolu və sel) vurduğu ziyanın aradan qaldırılması işləri – 41 092 manat (09.12.2021).
Bildirək ki,"Günay-88” MMC 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur.










