"Yeni Klinika" PHŞ tərəfindən müxtəlif markalı tibbi avadanlıqların təmiri ilə bağlı malların alınması, quraşdırılması və servis xidməti üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "JBA Group" MMC olub. Müqavilənin ümumi dəyəri 3 613 585 manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 784 672 manat idi.
Qeyd edək ki, "JBA Group" MMC "Yeni Klinika"nın tibbi avadanlıqlarının texniki servisi sahəsində əsas tərəfdaşlarından biridir. Şirkət indiyədək bu tibb müəssisəsinin elan etdiyi 4 tenderin qalibi olub. Tərəflər arasında imzalanan müqavilələrin ümumi dəyəri 4 050 933 manat təşkil edir.
Şirkətin klinika ilə imzaladığı digər müqavilələr aşağıdakılardır:
-
Buxarlı sterilizasiya (avtoklav) avadanlığı üçün ehtiyat hissələri və servis xidməti – 320 351 manat (16.10.2025).
-
Təcili yardım şöbəsində tibbi qaz borularının çəkilişi və avadanlıqların quraşdırılması – 87 025 manat (04.08.2025).
-
Tibbi qaz sistemlərinin təmiri və illik texniki xidməti – 29 972 manat (16.10.2024).











