2023-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 2022-ci illə müqayisədə 11,3 % artıb. Keçən il dövlət satınalmalarının dəyəri 7 milyard 545,5 milyon manat təşkil edib.
Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O bildirib ki, bu il isə dövlət satınalmalarının ümumi məbləğinin 8 milyard manat və daha üzəri olması hədəflənir. Bütün satınalma prosedurları dövlət satınalmaları üzrə yeni qanuna əsasən tam formada rəqəmsalllaşdırılıb.
2023-cü ildə dövlət büdcəsindən rəqabət əsaslı satınalmaların təşkil olunması məqsədi ilə 754 milyon manata yaxın vəsaitə qənaət olunub. Bu vəsaitin 2024-cü ildə artacağı gözlənilir.