Bakı Şəhər Əsaslı Tikinti və Təmir 2 ədəd açıq tender elan edir.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" 48,5 milyon manatlıq iki - TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, elanlar Bakının bir sıra ərazilərində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlıdır. Tenderlər üzərə təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 24.04.2025 saat 15:00 olaraq müəyyən edilib.
Həmin elanlar aşağıdakılardır :
1)Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 4 800 manat təşkil edir.
Ehtimal olunan qiymət: 31.999.952,38 AZN
2)Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması
Müsabiqədə iştirak haqqı 3 750 manat təşkil edir.
Ehtimal olunan qiymət: 24.999.810,01 AZN
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əhməd Məmmədov, Mühəndis
Email : [email protected]
Əlaqə telefonu : 0506121527