Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət satınalmaları sahəsində keçirilmiş müsabiqələrin nəticələri barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 7258 yekun protokol təhlil olunub.
Dövlət satınalmalarında iştirak edən sahibkarlara arayışın verilməsi xidməti elektronlaşdırılıb - VİDEO
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məlumat verib.
M.Abbasbəyli qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyindən 1031 müsabiqənin nəticəsi ləğv olunub. Bu, ümumi təhlil edilən protokolların 14,2 faizini təşkil edir.