21- 25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.
FED.az xəbər verir ki, “Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq. Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq.
21 oktyabr
Avropa İqtisadiyyatı Mərkəzi
Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu”
Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı
22 oktyabr
Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi
Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”
Əsas məruzəçi: Professor Qafar Mehdiyev, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri
23 oktyabr
Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi
Mövzu: Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”
Əsas məruzəçi: Mirsahib Eminov, UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi
24 oktyabr
Ekonofizika Tədqiqat Mərkəzi
Mövzu: “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış”
Əsas məruzəçi: Professor Şahlar Əsgərov, Əməkdar elm xadimi
25 oktyabr
Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi
Mövzu: “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”
Məruzəçilər:
- Professor Feng Zongxian, Çinin Xian Jiaotong Universitetinin “Kəmər və Yol” və Qlobal İnkişaf institutunun direktoru
- Tahir Mirkişili, millət vəkili