Sentyabrın 15-dən Azərbaycanda məktəblərin açılması nəzərdə tutulub.
Eləcə də bax: Brifinq başladı - Canlı Yayım
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirilib.
Brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, monitorinqlər təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.