Bakı Ali Neft Məktəbinin 4 tələbəsi “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb.
FED.az-a bu barədə Bakı Ali Neft Məktəbindən məlumat verilib.
Faiq Əliyev - Kimya mühəndisliyi 5-ci kurs
Çingiz Hacıyev - Kimya mühəndisliyi 4-cü kurs
Zahid Abdullayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi 3-cü kurs
Röya Qasımova - Biznesin idarə edilməsi 3-cü kurs
Bu təqaüd Prezident İlham Əliyevin Sərəncamı ilə bakalavriat səviyyəsində əyani təhsil alan və yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.