Maliyyə iqtisadiyyatın əsas sütunlarından biridir və bu sahədə təhsil alanlar maliyyə idarəçiliyi, investisiya planlaması və büdcə tərtibi kimi kritik bacarıqları öyrənirlər. Bu ixtisas üzrə mütəxəssislər bankçılıq, sığorta, dövlət və özəl sektorlarda geniş iş imkanlarına sahibdirlər.
Azərbaycanda Biznesi idarə etməyi öyrənmək neçəyədir? – UNİVERSİTETLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, maliyyə ixtisası üzrə təhsil almaq istəyənlər üçün ödənişlər ali təhsil müəssisələrində fərqlidir. Bu fərqlər əsasən tədrisin dili, təhsil forması (əyani və qiyabi) və universitetlərin coğrafi yerləşməsindən asılıdır.
Ən baha təhsil haqqı ADA Universitetindədir, burada ingilis dilində əyani təhsil 8,000 AZN-dir. Bu, ölkədəki digər universitetlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Ən ucuz təhsil haqqı isə Mingəçevir Dövlət Universitetindədir, burada qiyabi təhsil üçün ödəniş 1,300 AZN-dir.
Təhsil haqqı nisbətən baha olan Xəzər Universitetində isə təhsil haqqı tələbənin ali təhsil müəssisəsinə daxil olarkən topladığı baldan asılı olaraq 0 – 5 000 aralığında müəyyən edilib. Belə ki, 650 – 700 bal toplamış tələbələr pulsuz təhsil haqqı qazanır, 600 – 649 bal toplayanlar 2 5000 AZN, 550 – 599 bal toplayanlar 3 000 AZN, 500 – 549 bal toplayanlar 3 750 AZN, 450 – 499 bal toplayanlar 4 000 AZN, 400 – 449 bal toplayanlar 4 250 AZN, 350 – 399 bal toplayanlar 4 500 AZN və nəhayətində 350 baldan az bal toplayanlar isə 5 000 manat dəyərində təhsil haqqı ödəməlidirlər.
Ümumi mənzərəyə nəzər saldıqda, əksər universitetlərdə ödənişlər 2,000-3,000 AZN civarındadır. Məsələn, Bakı Dövlət Universitetində maliyyə ixtisası üzrə əyani təhsil 3,000 AZN, Qərbi Kaspi Universitetində isə 3,500 AZN-dir.
Digər tərəfdən, regionlarda yerləşən universitetlərdə ödənişlər daha aşağıdır, məsələn, Zaqatalada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin filialında əyani təhsil 1,450 AZN-dir.
Ümumilikdə Bakı şəhərində yerləşən universitetlərdə təhsil ödənişləri nisbətən yüksəkdir, regionlarda isə ödənişlər daha münasibdir.
Qeyd etdiyimiz kimi tədrisin dilinə və təhsil formasına görə də ödənişlər dəyişir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində həm Azərbaycan, həm də ingilis dilində təhsil 2,600 AZN-dir, lakin qiyabi formada ödənişlər 2,100 AZN-ə enir.
Bu vəziyyət göstərir ki, təhsil haqqı universitetin yerindən, tədris dilindən və təhsil formasından asılı olaraq xeyli dəyişə bilər.
Daha detallı aşağıdakı cədvəldə :
Təhsil müəssisəsi |
Tədris dili |
Təhsil alma forması |
Təhsil haqqı (AZN) |
Bakı Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
3 000 |
|
|||
Azərbaycan Texniki Universiteti |
Azərbaycan |
Əyani |
2 200 |
İngilis |
Əyani |
2 200 |
|
|
|||
Azərbaycan Dövlət İqtisad Universiteti |
Azərbaycan |
Əyani |
2 600 |
Qiyabi |
2 100 |
||
Türk |
Əyani |
2 600 |
|
İngilis |
Əyani |
2 600 |
|
|
|||
Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala filialı |
Azərbaycan |
Əyani |
1 450 |
|
|||
Bakı Mühəndislik Universiteti |
Azərbaycan |
Əyani |
2 300 |
Qiyabi |
2 200 |
||
İngilis |
Əyani |
2 900 |
|
|
|||
ADA Universiteti |
İngilis |
Əyani |
8 000 |
|
|||
Azərbaycan Turizm və Menecment Universiteti |
Azərbaycan |
Əyani |
2 400 |
|
|||
Milli Aviasiya Akademiyası |
Azərbaycan |
Əyani |
2 500 |
|
|||
Naxçıvan Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 700 |
|
|||
Azərbaycan Dövlət Aqrar Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
Qiyabi |
1 600 |
||
|
|||
Gəncə Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
|
|||
Sumqayıt Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 900 |
Qiyabi |
1 600 |
||
|
|||
Mingəçevir Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 500 |
Qiyabi |
1 300 |
||
|
|||
Lənkəran Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
Qiyabi |
1 400 |
||
|
|||
Qarabağ Universiteti |
Azərbaycan |
Əyani |
YDS |
|
|||
Azərbaycan Kooperasiya Universiteti |
Azərbaycan |
Əyani |
2 300 |
Qiyabi |
1 900 |
||
|
|||
Azərbaycan Universiteti |
Azərbaycan |
Əyani |
2 200 |
İngilis |
Əyani |
2 500 |
|
|
|||
Qərbi Kaspi Universiteti |
Azərbaycan |
Əyani |
3 500 |
Qiyabi |
2 500 |
||
|
|||
Xəzər Universiteti |
İngilis |
Əyani |
0 – 5 000 |
|
|||
Bakı Avrasiya Universiteti |
Azərbaycan |
Əyani |
2 000 |
|
|||
Odlar Yurdu Universiteti |
Azərbaycan |
Əyani |
2 000 |
Qiyabi |
2 000 |
||
|
|||
Bakı Biznes Universiteti |
Azərbaycan |
Əyani |
2 000 |
Qiyabi |
1 500 |
||
|
|||
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası |
Azərbaycan |
Əyani |
2 000 |
Qiyabi |
1 800 |