Azərbaycanda 26 xarici ali təhsil müəssisəsinin diplomları tanınmır.
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
FED.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, indiyədək 54 xarici universitet isə diplomunun tanınması kateqoriyası üzrə ən çox imtina alan ali təhsil müəssisələri siyahısına daxil olub.
Qeyd edək ki, mənfi qərar əsasən akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması və tədris yükünün normativdən az olmasına görə verilir.
Azərbaycan vətəndaşları xarici ölkələrdə təhsil almaq üçün seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını buradan yoxlaya bilərlər, eləcə də TKTA-ya müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirməlidirlər.