2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 16 milyon 105 min ABŞ dolları dəyərində 73 min 498 ədəd paltaryuyan maşını idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin dörd ayı ilə müqayisədə dəyər ifadəsində 1 milyon 431 min dollar və ya 9,7%, miqdar baxımından 10 min 304 ədəd və ya 16,3% çoxdur.
İdxal edilmiş paltaryuyanların çeşidləri isə aşağıdakı kimidir:
| Paltaryuyan nmaşınlar | Sayı | Dəyəri (min dollar) | 1 ədəd paltaryuyanın qiyməti (dollar) | 1 ədəd paltaryuyanın qiyməti (manat) | 
| Tutumu 10 kq quru paltardan çox olmayan, tam avtomatik paltaryuyan maşınlar | 65 491 | 15 104 290 | 231 | 392 | 
| Tutumu 10 kq quru paltardan çox olmayan paltaryuyan maşınlar, mərkəzdənqaçma sıxma qurğuları ilə təchiz olunmuş | 950 | 89 550 | 94 | 160 | 
| Tutumu 10 kq quru paltardan çox olmayan digər paltaryuyan maşınlar | 6266 | 339 940 | 54 | 92 | 
| Tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar | 791 | 571 860 | 723 | 1 229 | 
2023-ci ilin yanvar-aprel aylarında xaricdən 14 milyon 675 min dollar dəyərində 63 min 194 ədəd paltaryuyan maşını idxal edilib.
1 ədəd paltaryuyan maşının idxal qiyməti 2024-cü ilin ilk 4 ayında 219 dollar (373 manat), olub ki, bu da illik müqayisədə 13 dollar, yəni 22 manat (5,6%) ucuzlaşma deməkdir.
Ötən ilin 4 ayında paltaryuyan maşınların orta idxal qiyməti 232 dollar (395 manat) idi.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








